Hürriyyət pərisinə – Abdulla Şaiq

Hürriyyət pərisinə

Söndün nə çapıq1, ruhuma qüvvət verən ey nur,
Ümmidi-vüsalınla sənin mən yaşayırdım.
Şövqünlə o daşqın dərələrdən həm aşırdım,
Hicrin məni, ah, etdi yenə xəstəvü rəncur.

Oynatmadadır qəlbimi atəşli bir ahəng,
Vulkan kimi püskürmədə ətrafə şərarə.
Nolmuş ki, yaxırsan məni sən, ey dili-parə?
Etmişmi həyatı bu mühitin sənə də təng?

Müzlim2 gecə, ətrafı bulud, çən bürüyərkən,
Göz yaşlarımın bəslədiyi ey gözəl ümid,
Qarşımda təcəssüm edərək ver mənə təyid3,
Bu zülmət ilə sübhə qədər ta vuruşum mən.

1908
1 Tez
2 Qaranlıq
3 Kömək

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.