Hamımız bir günəşin zərrəsiyik – Abdulla Şaiq

Hamımız bir günəşin zərrəsiyik

Əsrlərdən bəri zülmə alışan,
Qan içən, qan qusan, ey şər insan!
Aldımı qəlbinizi qisvəti-şum1?
Yakdımı ruhunuzu badi-səmum2?
Görünürmü sizə xoş qanlı həyat?
Unudulmuş bəşəriyyət, heyhat!
Hamımız bir yuva pərvərdəsiyik!
Hamımız bir günəşin zərrəsiyik!
Ayırmaz bizləri təğyiri-lisan,
Ayırmaz bizləri təbdili-məkan.
Ayırmaz bizləri İncil, Quran,
Ayırmaz bizləri sərhəddi-şəhan3.
Ayırmaz bizləri ümmanü4 mühit5,
Ayırmaz bizləri səhrayi-bəsit6.
Ayırmaz bizləri həşmətli7 cibal8,
Ayırmaz: şərq, cənub, qərb, şimal.
Yetişər kinü ədavət daşımaq,
Qoxumuş məzbəhələrdə yaşamaq.
Uzadın dəsti-üxüvvət9 sıxalım.
Rişeyi-zülmü, nifaqı yıxalım!
Qəlbimizdə yaşasın möhrü vəfa.
Verəlim bir-birinə dəsti-vəfa10.

1910

1 Pis, bəd sərtlik (qisvət — ürəyi bərklik, rəhmsizlik; şum — uğursuz)
2 İsti külək, qızmar
3 Şahların sərhəddi
4 Böyük dəniz
5 Okean
6 Geniş səhralar
7 Əzəmətli
8 Dağlar
9 Dostluq əli
10 Vəfa əli

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.