Hacıleylək və sərçə – Abdulla Şaiq

Hacıleylək və sərçə

Bir Hacıleylək çinar ağacının ən yuxarı budağında yuva tikmişdi.
Bir sərçə də həmin yuvanın altında məskən salmışdı. Bir gün hacıleylək sərçəyə dedi:
 — Qonşu, sən mənim yuvamın kölgəsində yaşayırsan, mən olmasam günəş səni və balalarını yandırıb kül edər. Sərçə cavab verdi:
 — Doğru deyirsən qonşu, sənin iri yuvan, iri qanadların bizə çox kömək edir, günəşin hərarətindən saxlayır. Buna görə sənə çox təşəkkür edirəm. Ancaq unutma ki, mən də olmasam, qarışqalar ağaca dırmaşıb səni və balalarını tələf edər. Mən bu kiçik dimdiyimlə onları bir-bir dənləyib yuxarı çıxmağa qoymayıram.

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.