Hər şey var – Abdulla Şaiq

Hər şey var

Bu ölkədə nələr yoxdur görənə?
Hər yan, hər şey bir-birindən gözəldir.
O qartallı dağlara sor, nə deyir:
Yüz min bahar gördüm, gəncəm bax yenə.

Baxsanız o beli çökmüş yamaca,
Sinəsində şən quzular bəslənir.
Çoban oxur, çalır, dağlar səslənir,
Nə anladır o kəkliklər turaca?

Göy yamacın ətəyində kəndciyəz,
Dörd yanında dalğalanır tarlalar,
Ətir saçan çöl-çəmənlər, ovalar,
Yaşıl bir atlasdır — ucu görünməz.

Bağlarında, bax, gül-gülü çağırır,
Ətək-ətək noğul səpər hər ağac.
Dağ başından günəş baxınca qıyğac,
Quşlar durmur, sərsəm kimi bağırır.

1923

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.