Hər şey köhnə – Abdulla Şaiq

Hər şey köhnə

Doğarmı bir yenilik bu hilalın altında?..
Bu yer, bu göy, bu günəş köhnə, bu həyat köhnə!
İdarə köhnə, bəşər köhnə, kainat köhnə!
Cahan yaşarmı bu müdhiş zəvalın altında?

Axıb gedir bulanıq çay kimi qara dövran,
Zavallı millətimin haqqı olmada pamal!
Yetiş, yetiş daha sən, ey ümidi-istiqbal!
Bu zillət ilə keçinsinmi böylə qanlı zaman?

Sönük sitarələr ilə gecəm yanar, heyhat.
Nə oldu dadlı o peymanlar, ədl, ünsiyyət?
Buludlara bürünən ey günəşli hürriyyət!
Bitir bu zülmləri, ver cahana şanlı həyat!

1909

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.