Gözlər – Abdulla Şaiq

Gözlər

Qıvırcıq saçının şux tellərində
Ülkər tək parlayıb axan, a gözlər!
Dumanlı ömrümün boz çöllərində
Şimşək tək oynayıb çaxan, a gözlər!

O gözdə incə bir sirr var, bilinməz.
O necə baxışdır, izi silinməz?
Ah, ona heç bir göz qarşı gəlinməz.
Nədəndir doymaz hər baxan, a gözlər!

O gözdə çox dərin bir ülviyyət var.
İncə minyatürlük, uca sənət var.
Həyat var, ziya var, həm hərarət var.
Ruhumda bir çıraq yakan, a gözlər!

O gözü tanıram kiçik yaşından,
Uzun kipriyindən, qələm qaşından,
Görüncə vuruldum ürək başından,
Bir gündə gəl etmə min qan, a gözlər!

1926

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.