Göyərçin – Abdulla Şaiq

Göyərçin

“Göyərçin” jurnalının nəşri münasibətliə yazılmışdır.

Göyərçinəm, göyərçin,
Kəkilim vardır çin-çin.
Ellər məni bəsləyir,
“Uğurlu quşdur”, — deyir.
Sülhün bir rəmziyəm mən.
Canlı göyrəçinlərdən
Ancaq mən çox fərqliyəm,
Əlimdə kağız, qələm,
Başımda fikir, ağıl,
Yazıram şer, nağıl;
Arabir də hekayət,
Oxuyan alır ibrət.
Gözəl şəkillərim var,
Böyük əməllərim var.
Uşaqlar sevir məni
Səsim tutub ölkəni.
İndi bilin, balalar,
Nə istəsəz, məndə var.

1959

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.