Gördüm o ruyi-ənvərini mən əbəs-əbəs – Abdulla Şaiq

Gördüm o ruyi-ənvərini mən əbəs-əbəs

Gördüm o ruyi-ənvərini1 mən əbəs-əbəs,
Çapdım könül səməndərini mən əbəs-əbəs.

Saldım o şəmi-ruyinə pərvanə könlümü,
Gördükdə arizi-tərini2 mən əbəs-əbəs.

Məcnun kimi məqam elədim kuhü dəştdə3,
Bildikdə eşq məzhərini4 mən əbəs-əbəs.

Atdım qəbanı, səbheyi-səddanəni5 tamam,
Tutdum o xali-əsmərini mən əbəs-əbəs.

Təlx oldu zəhr tək mənə aləmdə şəhdü şir,
Daddım o ləl ləblərini mən əbəs-əbəs.

Qıldım bu qəmli könlümü tel-tel, nişan-nişan,
Gördüm o qara tellərini mən əbəs-əbəs.

Saldım ayağa göz yaşı tək seyri-gülşəni,
Dərdikdə qəmzə güllərini mən əbəs-əbəs.

Can verdim ol vüsalına min şövq ilə, fəqət,
Bir dərmədim səfa bərini mən əbəs-əbəs.

Oldum vüsali-ruyinə Şaiq, bu başıma
Qoydum cünunluq əfsərini6 mən əbəs-əbəs.

1 İşıqlı üzünü
2 Tər sifətini
3 Dağ və səhrada
4 Üzə çıxma
5 Təsbehi
6 Dəlilik tacını

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.