Gənclik marşı – Abdulla Şaiq

Gənclik marşı

Ali Pedaqoji İnstitutun tələbələrinə
 Marşın musiqisini Ü.Hacıbəyov bəstələmişdir.
Bizik bilik, şan ordusu, Azərbaycan ordusu.
Qaranlıqlarla çarpışan elm, ürfan ordusu.

Köhnə, çürük qüvvələri parçalayıb yıxan biz,
Şimşək kimi parıldayan, ildırım tək çaxan biz,
Daşqın, coşqun sellər kimi hər tərəfə axan biz,
Bizik nurlu aləm quran azad insan ordusu.

Sevgi, atəş ocağıdır Azərbaycan ölkəmiz,
Şərqə, Qərbə işıq saçan, atəş yakan bizik, biz.
İgidlikdə, hər sənətdə ad çıxarmış nəslimiz.
Bizik bilik arxasınca gedən ön, şan ordusu.

Üstümüzdə dalğalanır nur saçaqlı bayrağımız,
Elmsizlik, istibdaddır bizim böyük yağımız.
Yorulmadan çarpışaq ki, parlasın ocağımız.
Bizik qaranlığı qovan, nur saçan dan ordusu.

1921

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.