Gənc müəllimlərə – Abdulla Şaiq

Gənc müəllimlərə

Pedaqoji texnikumun on illiyi münasibətilə

— Dünən artıq bir uşaqdın, qansız, cansız, çəlimsiz!
Ərimiş bir kölgə kimi uçmuş idi bət-bəniz.
On il əvvəl görmüş idim iməklərkən səni mən.
Küskün, darğın inləyirdin, heç görmədim səni şən.
Həyata göz açmış hələ körpə idin o zaman,
İndi həyat fışqırır, bax, o al yanaqlarından.
Üz-gözündə bir mətanət, dərinlik və səfvət1 var.
Şən alnında bilgi, zəka ulduzları parıldar.
Anlat mənə, hardan doğdu alnındakı bu ulduz?
Hardan sənə bu başqalıq?
— Bu başqalıqlar yalnız
Bu alnımda doğan yeni günəşdən bir şəfəqdir,
Parlaq ismi inqilabdır, zülmətləri inlədir.
Mən də onun ildırımlı qucağında bəsləndim.
Şimşək kimi işıqlandım, vulkan kimi səsləndim.
Şaşqın, yorğun gözlərimə nur səpdi bu afitab,
Mənə qüvvət, səfvət verən inqilabdır, inqilab!

1929

1 Paklıq

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.