Fidan – Abdulla Şaiq

Fidan

Ağacların arasında ulu, sağlam bir kötük,
Ağır, kəskin baltalarla qol-qanadı qırılmış,
Tufanlarla çarpışaraq qalib gəlmiş, yorulmuş,
Zədələnmiş və ixtiyar şaxları qalmış tək-tük.

O şaxların damarında, kökündəki əsalət1,
Şanlı keçmiş tarixini anladır; hər qol-budaq
Sevə-sevə kölgəsində bəsləmişdir bir oymaq,
İndi artıq qocalmışdır, qalmamış köhnə qüvvət.

Yaşlı kötük keçmişiylə əsla deyildir məğrur.
Kötüyündən cücərməkdə olan bir çox fidana
Məğrur baxışlarla baxır, qanad gərir hər yana,
Ürəyində gələcəyə şanlı ümidlər doğur.

Bu fidanlar uca, sağlam ağac olar bir zaman,
Kölgəsində çox fidanlar boy atar cərgə-cərgə.
Fırtınadan, tufanlardan sən bunları əsirgə,
Ey qüdrətin canlı əli, sən ey tarix, ey zaman!

1914

1 Nəcabət

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.