Eyləyən halimi viranə mənim dilbər olub – Abdulla Şaiq

Eyləyən halimi viranə mənim dilbər olub

Eyləyən halimi viranə mənim dilbər olub,
Gətirən qəlbimi suzanə o məhmənzər olub.

Daima meyli budur yar ola əğyar ilə,
Deyələr, əqrəb ilə mah yenə rəhbər olub.

Naz ilə gül üzünə tökmədə giysulərini,
Bu alan canımı sünbül kimi şux tellər olub.

Ey könül, düşmə bu sevdayə çəkib rəncü mühən1,
Sən kimi çoxları bu eşqidə qəmpərvər olub.

Mey nədir, badəvü meyxanə nədir, ey zahid,
Şaiqi sərxoş edən başqa meyü sağər olub.

1 Əziyyət və dərd

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.