Döyüş nəğməsi – Abdulla Şaiq

Döyüş nəğməsi

Mən də bu cəbhələrdə vuruşan bir əsgərəm,
Ana Vətən yolunda ölüm olsa, gedərəm.
Gurladıqca cəbhədə qızğın döyüş borusu,
Düşmənləri sarsıdır ölüm-itim qorxusu.
Baxma mənim yaşıma, dərs almışam nəslimdən.
Qorxu, ürkü bilməyən kiçik bir əsgərəm mən!
Zəfər bizə gülümsər, sənin sonun heçdir, heç!
Tarix boyu keçdiyin bu yollardan bir də keç!
Bu qanlı cəbhələrdə bir də sına gücümü.
Hər yürüş, hər addımda görəcəksən öcümü!
Basqın edən ordunuz olacaq dağım-dağım!
Zəfər ilə ucalar mənim şanlı bayrağım!

1942

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.