Dağlar – Abdulla Şaiq

Dağlar

Çeşməli yaşıl dağlar,
Yazdır, gül, açıl, dağlar.
Başın otdur, çiçəkdir,
Ətrin ətək-ətəkdir.
Havan xoş, suyun sərin —
Arın, kəpənəklərin
Budaq-budaq uçur şən,
Bal, mum tutur güllərdən.
Çörəyim bişir sacda,
Sürüm otlar yamacda.

1908

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.