Dəvə və siçan – Abdulla Şaiq

Dəvə və siçan

Bir dəvə qatarından ayrılıb çöldə tək qalmışdı, iştaha ilə qanqal yeyirdi. Bu aralıq bir siçan yuvasından çıxmaq istərkən dəvəni gördü. Əvvəlcə qorxub çəkildi. Sonra bir müddət durub o zorba heyvana heyrətlə tamaşa etdi. Bir az ürəklənib yaxın gəldi, dəvənin boynuna bağlanmış kəndirlə oynamağa başladı. Sonra kəndiri tutub çəkdi. Dəvə yerindən hərəkət etdi. Dəvə hərəkət etdikcə siçan ipi dartıb çəkdi. Siçan getdikcə dəvə də itaət edib onun ardınca gedirdi. Siçan özözünə lovğalandı: “Sən bu siçan bəydə hünərə və igidliyə bax, bu zorbalıqda heyvanı çəkib aparıram”. Dəvə eşidib dinməli.
 Onlar gəlib bir çaya çatdılar. Siçan dayandı, bir çaya baxdı, bir də dəvəyə. Dəvə dedi:
— Siçan bəy, yolçu yolda gərək, çayı keç gedək.
Siçan cavab verdi:
— Axı, bu çay dərindir, onu keçmək mənim hünərim deyil!
 Dəvə siçanı öz quyruğuna mindirib çayı keçirdi. Sonra onu yerə düşürüb istehza ilə dedi:
— Ağa siçan, sən ki, mənim topuğumdan olan bir çayı keçə bilmirsən, mənə ağalıq etmək istəyirsən? Get, öz tayını tap!

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.