Çocuq və qaya – Abdulla Şaiq

Çocuq və qaya

Bir qayaya çıxmış idi bir çocuq,
Gördü qayanın içi oyuq-oyuq.
Baxdı yenə qarşıdakı dağlara,
Dərələrə, təpələrə bağlara.
Şövqdən oldu o çocuq biqərar,
Başladı qışqırmağa biixtiyar.
Gəldi qayadan ona əksi-səda, Eylə
bildi başqa çocuqdur o da.
Sevinərək səslədi: “Ey, gəl bura!”
Aldı qayadan cavabın: “Gəl bura!”
Hər nə ki bu uşaq ona söylədi,
Daş qayalar rədd cavab eylədi.
Qaldı məhəttəl bu işə o uşaq,
Birdən onu söydü: “Ey eşşək, axmaq!”
Gördü ki o uşaq da söyür bunu.
Acıqlanıb istədi tapsın onu.
Durdu qayanı gəzib axtarmağa,
Buna söyən uşağı tez tapmağa.
Gəzdi, dolaşdı qayanı hər qədər,
Tapmadı ancaq o uşaqdan əsər.
Oldu bu işdən uşağın qəlbi qan,
Evlərinə qayıtdı çox pərişan.

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.