Çoban mahnısı – Abdulla Şaiq

Çoban mahnısı

Sürür inəkləri Dadaş,
Otarmağa yavaş-yavaş;
Belində bağlama çörək,
Yanında bir ala köpək.
Basıb gözə papağını,
Vurur yerə çomağını.
Ara-sıra oxur, çalır,
Sürü həvəslə otlayır:
“ — Yaşıllanıb çəmən, çayır,
Səfalanıb dərə, bayır.
İnəklərim, ot otlayın,
Sabaha süd hazırlayın!
Sizi gözətləyir Fatı,
Əlində badya, həm çatı”.

1906

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.