Ciqqeyi-hüsnümü başımda bu gün yan edəcəm! – Abdulla Şaiq

Ciqqeyi-hüsnümü başımda bu gün yan edəcəm!

Ciqqeyi-hüsnümü1 başımda bu gün yan edəcəm!
Minəcəm naz atına, ərsədə cövlan edəcəm!

Gələcəm daim o tavus kimi cilvəyə mən,
Turacı, kəkliyi rəftarıma heyran edəcəm!

Tiri-müjganları bir-bir qoyacam peykanə,
Əl atıb xəncəri-bu hüsnümü üryan edəcəm!

Verəcəm hüsnüm ara qaş ilə bu çeşmə təkan
Zülfi-mişkinimi rüxsarə pərişan edəcəm!

Beydəqi-hüsnü ucaldıb fələkül-əflakə,
Qoyacam hər yerə pa, xak ilə yeksan edəcəm!

Qatacam bir-birinə büsbütün aşiqlərimi,
Xuni-gülgün ilə bu aləmi ümman edəcəm!

Yolun üstündə sala canını səccadə2 mənə,
Bütün aşiqlərə bu barədə fərman edəcəm!

Qarşıma çıxsa mənim Şaiqi-dilxəstəvü zar,
Çevirib başıma ol xəstəni qurban edəcəm!

1 Gözəllik saçımı
2 Canamaz

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.