Almas İldırım

Almas İldırım – Qalx, Sevgilim

Almas İldırım – Qalx, Sevgilim

Qalx, sevgilim Qalx, sevgilim, qalx da məni yola vur, Gec gəlinsə yurd başına çökəcək… Mən artıq gözləməm gün doğsun deyə, Kim bu bitməz intizarı çəkəcək? Qalx ki, yollar uzun, əməl uzaqda, Bu uğurda ölüm də var, tuzaq da. Qalx sevgilim, qalx da atımı gəmlə* Sıcaq bir öpüşlə alnımı nəmlə, Yetə... »

Almas İldırım – Hindli Qızı

Almas İldırım – Hindli Qızı

Hindli qızı Yenə sordum o gözəl qızcığazı, Yenə hicran onu sarmış dedilər. Pürxəzənmiş* yazıq ömründə yazı, Bir yəqin matəm olmuş dedilər… Sızlayırmış yenə qəlbində sitəm, Çırpınırmış yenə dərd ilə ələm, Onu pək ağlatıyormuş acı qəm, İncəcik qəlbini yormuş dedilər… Qucuyorkən qara sis el... »

Almas İldırım – Arkadaşım Nafiyə

Almas İldırım – Arkadaşım Nafiyə

Arkadaşım Nafiyə Bir xatirə olmaq üçün şeirlərimdən bir parçasını yazıram… Səndən ayrılalı tutuldum yasa, Bu xəstə könlümdə nalələr qaldı. Gözlərim yaşardı buludlar kimi, Sarışın çöhrəmdə jalələr qaldı. Fələk varlığımı gənc ikən əzdi, Qəlbimdə ələmlər, acılar gəzdi, Əməl qönçəsini yad əllər üz... »

Almas İldırım – Yarımçıq Qalmış Şeir

Almas İldırım – Yarımçıq Qalmış Şeir

Yarımçıq qalmış şeir O zamanlar çocuq idim, təbiətin qoynunda Tam asudə yaşar idim, tanımazdım istibdad. Fırlanardım daim könlüm sıxılmayan yerlərdə, Adım Almas, qorxu bilməz, şücaətli bir övlad. Xoş sözlərlə atam, anam evdə mənə hər zaman Həpsindən çox nənəm, babam, nəsihətlər edərdi. Damdabaca bir... »

Almas İldırım – Nə Üçün

Almas İldırım – Nə Üçün

Nə üçün Mən artıq nə yazım yurduma dair, Düşmən zəhər saçır, dostlar gizlənir. Bilməm öz yurdunu sevən bir şair Nə üçün bir cani kimi izlənir? Gizli yol kəsmədim, qaçaq olmadım, Sakit bir həyatı pozmadım mən ki, Heç kimə qanlı bir bıçaq olmadım, Heç bir qətlə fərman yazmadım mən ki… Bəs neçin ... »

Almas İldırım – Dönük Qardaş

Almas İldırım – Dönük Qardaş

Dönük qardaş 1944-cü ildə Ana yurda* sığınıb, sonra düşmənlərə təslim edilən və ruslar tərəfindən sərhəddə məkinəli tüfənglə biçilib öldürülən 187 azəri qardaşımın əziz ruhuna Türk deyincə, özü, sözü mərd olur, Dost deyincə, ayrılmaz bir fərd olur. Qardaş deyib dara düşsəm, sığınsam, Bundan sora bu ... »

Almas İldırım – Saraylar Yıxılırkən

Almas İldırım – Saraylar Yıxılırkən

Saraylar yıxılırkən İnqilabi şair Lahutiyə Qasırğalar, boranlar, fırtınalar içində İllərlə dinlədik biz acıqlı harayları, Dəmir atları çapdıq odların qucağına, Biz yıxdıq, biz devirdik o qanlı sarayları. O saraylar ki, orda qanlı peymanələrdə İçildi yoxsulların zəhərli göz yaşları, O saraylar ki, rə... »

Almas İldırım – Mən Də Ağlamıram

Almas İldırım – Mən Də Ağlamıram

Mən də ağlamıram … Mən ki, hala bir gəncəm, ümidim var, şanım var, Damarlarımda coşan, axan qızıl qanım var. Madam ki, köksüm dəmir, ağlamaq, neçin, nədən? Sürünmərəm həyatın uçurumlarında mən. Qaldıraraq başımı indi mühitə baxdım, Baxdım ki, sürünməyin sonu yoxdur, buraxdım. Qapadım bir məzar... »

Almas İldırım – Bir Parça

Almas İldırım – Bir Parça

Bir parça Lənət əşarıma, həm sözlərimə, Ey vətən, gəl də görün gözlərimə! Gəl görün, doğsun həyatımda şafaq, Mən vətənsizmi doğuldum? Bu nə haqq?.. 1934 »

Almas İldırım – Qafqas

Almas İldırım – Qafqas

Qafqas Bir zamanlar Puşkinin dindirib ələmini, Ona mənfa* yerində gözəl bir cənnət oldun. Sevincindən az qaldı qırsın da qələmini, O bir hakim rus kimi coşdu, sən dərdə doldun. Bir zamanlar söylədi, qürurla gəldi vəcdə, “Qafqas altımdadır, mən üzərindəyəm” – dedi. Kazbekin dik başından sana edərək s... »

Almas İldırım – Hindistanda Fırtına

Almas İldırım – Hindistanda Fırtına

Hindistanda fırtına Derlər uzaq Hindistanın gül sinəsində, Zəncirlənən doğma ellər qan qusar, ağlar. Qoca Hindin bir hıçqırıq varmış səsində, Üfüqlərdə səslənirkən oyanan dağlar. Ənginləri ötən qara gözlü buludlar, Axıb gedən dərdi Qanda şikayət eylər. İlk baharın doğuşunu görməyən otlar, Qərbin acı... »

Almas İldırım – Arazla Dərdləşmə

Almas İldırım – Arazla Dərdləşmə

Arazla dərdləşmə Oğlum Araz üçün Gəlin kimi qurulursan, Axıb, axıb yorulursan. Göy Xəzərdə durulursan Durna gözlüm, daşqın Araz, Nədir sənin aşqın Araz?.. İlan kimi axışın var, Ceyran kimi baxışın var, İncə sözdən çaxışın var, Dilbər üzlüm, tellim Araz, Mənim ana ellim Araz. Min göllərin qaynağından... »

Almas İldırım – Yaralı Olmasaydı

Almas İldırım – Yaralı Olmasaydı

Yaralı olmasaydı Kim ovçu niyyətiylə gəzərdi bu dağları Sinəsində can alan maralı olmasaydı? Kim şair həsrətiylə süzərdi bu dağları, İçindən qəlbi qırıq, yaralı olmasaydı. Of… Duman çökdü yenə bu könül dağlarına, Kim gətirmiş adımı solğun dodaqlarına? Kim düşərdi həyatın görünməz ahlarına, Bu ... »

Almas İldırım – Nə Olurdu

Almas İldırım – Nə Olurdu

Nə olurdu Nə olurdu kor olsaydım, görməsəydim əzəldən, Görməsəydim o doğduğum dərələri, dağları, Almasaydım ilhamımı o talesiz gözəldən, Gözlərimdə qalmasaydı göy Şüvəlan bağları… Nə olurdu, göz açarkən Quzğunumun dibində Mən kəndimə* yosunlanmış, dilsiz bir daş bulaydım, Çomağıyla sürü güdən ... »

Almas İldırım – Derlər Orda Bir Cənnət Var

Almas İldırım – Derlər Orda Bir Cənnət Var

Derlər orda bir cənnət var Derlər orda bir cənnət var, Sevda sunar mələklər, Öz yurdunu qeyb etmiş bir Şair ordan nə bəklər? Derlər orda yoxmuş ölüm Zəmzəm suyu içincə, Tanrım! Mənə sən ölüm ver, Qaf dağından keçincə. Derlər orda nə bir vətən, Nə hicran var, nə də kam, Mənə xoşdur qürbət eldə Vətən ... »

Almas İldırım – Quzğun Üçün

Almas İldırım – Quzğun Üçün

Quzğun üçün Bir zamanlar vəcdə gəldim coşğun səsindən, Dinlədikcə dərdlərini sarıldım saza. İlham alıb dalğaların kişnəməsindən, Diyar-diyar sürükləndim dərd yaza-yaza… İçimdəki dərin sızı yadınmı, Quzğun? Dodağımda donub qalan adınmı, Quzğun? Söylə, sənə nədən “Dəli Xəzər” demişlər? Kor taley... »

Almas İldırım – Mayıs Gözəlinə

Almas İldırım – Mayıs Gözəlinə

Mayıs gözəlinə Yeni proletar ədəbiyyatımızın pioneri Süleyman Rüstəmzadəyə Başında ipəkdən bir qızıl örpək, Döşündə lalələr, güllərlə gəlir. Bir bahar gülüşü mənimsəyərək, Lentalı, qıvırcıq tellərlə gəlir. Qarşıya çıxanlar dağılır düzə, Çökər müjdəçilər önündə dizə, Verməyə bir xəbər günəşdən bizə, ... »

Almas İldırım – Bir Gün Gələcək

Almas İldırım – Bir Gün Gələcək

Bir gün gələcək Orda Orta Zamanın vəhşətindən yadigar, Qaranlıqlar içində qurulmuş bir “Cənnət” var. Bir cənnət ki, özəyi qanlı bir Kremlin Milyonla qafa udmuş təməlində yüksəlir. Ruh alıb Dəli Petro və bir müdhiş İvandan, Dünyanı yıxıb yaxmaq əməlində yüksəlir… Kremlin, onu sorun tarixin yapr... »

Almas İldırım – Qafqaz Dağlarına

Almas İldırım – Qafqaz Dağlarına

Qafqaz dağlarına Ülküdaşım leylaya Qanadım yox uçub gəlsəm yaxana, Sinəndəki şahinlərə eş olsam. Ya da məğrur bir qartalın qonduğu Köksündə bir əsirdidə daş olsun… Göy bir bulud olub səndə gərilsəm, Torpaq olub ayağına sərilsəm, Bir gül olub sənin üçün dərilsəm, Ya ovçunun şikarı bir quş olsam... »

Almas İldırım – Hanı

Almas İldırım – Hanı

Hanı Axşam olur, quşlar dönər yuvaya Mənim dönüb qonacağım dal* hanı? Sabah olur çoban enər obaya Mənim qalxıb-enəcəyim yol hanı? Yaz gəlincə dağlar duman quşanır, Dərələrdən sellər axır, boşanır, Könlüm deyir onsuz nasıl yaşanır? Söylər – mənim doğulduğum el hanı? Həsrət qalıb baharına, qışına, Sor... »

Almas İldırım – Ananın Qızına

Almas İldırım – Ananın Qızına

Ananın qızına Ey əskidən bəri yasa bürünən, Şərəfli anamın gülüzlü qızı, Al şəfəqlər içrə indi görünən Şərq üfüqlərinin pənbə yıldızı. Bir zaman yurdumun qaranlıq qalan Bucaqlarında sən ağlamazmıdın? Hürriyyət eşqilə coşub çırpınan Anamın ürəyin dağlamazmıdın? Fəqət indi harda o dərin-dərin Həzin na... »

Almas İldırım – Tamara

Almas İldırım – Tamara

Tamara Eşqsiz qalan bir dil kimi göz dikərək ənginə, Gizli-gizli həsrət çəkib ağlarmıan, Tamara? Dalıb dilib axşamların yas doğursan rənginə, Aşıb-daşan Dəryal kimi çağlarmısan, Tamara? Yadındamı bir baharda üz-üzə gəldik vəcdə, Sən mənə bir eşq oxudun, etdim bu eşqə səcdə, Səndən başqa almadım mən ... »

Almas İldırım – Muradı Keçərkən

Almas İldırım – Muradı Keçərkən

Muradı keçərkən Axıyor dalğaların hər dərədən, Bu yürüş hökmünü aldın nerədən? Ağ kəfən örtülü dağlardanmı? Sana qan udduracaq vəhşi dodaqlardanmı? Dur, Murad, dur, Yetər axdın dəlicə, O nə çöhrəndəki qan? Bir gülüş uğruna bir eşqi yıxan, Dəli bir qəlbin o bir işvəsimi? Gəl Murad, boğma mənim gur sə... »

Almas İldırım – Dağlardan Xatirələr

Almas İldırım – Dağlardan Xatirələr

Dağlardan xatirələr M.K.Ələkbərliyə Dün qarşımda nəvazişkar gülər üzlər oynadı, Qəlbimdəki ümid yenə coşdu, coşdu, qaynadı, Ətrafımda ləzgi, qomuq, avar, lak, tərəkəmə, Oynaq gözlər, şən dodaqlar, həpsi yabançı qəmə. Uzaqlardan uca dağlar əks edərkən gözlərə, Çıxdıq yaşıl təpələrə, məxmər donlu düzl... »

Almas İldırım – Səlim Xan

Almas İldırım – Səlim Xan

Səlim xan (Tarixi poemadan parçalar) Çeçenli Ə.P-yə Xəyalımda yer etmiş, İxtiyar dağlarınız Səninlə gəzdiyim o, Bəxtiyar dağlarımız… Giriş O zaman ki, Qafqazın ixtiyar dağlarına Üfüqlərdə ağ başlı qara duman çöküyor, O zaman ki, buludlar şimşəklə öpüşərək, Axıb gedən Arğuna göz yaşını töküyor,... »

Almas İldırım – Mən Kiməm

Almas İldırım – Mən Kiməm

Mən kiməm Bir zamanlar Altaylardan enib yaşıl düzlərə, Asiyanın göbəyində atəş yaxan mənmiyəm? Göy xaqanından salam gətirib dənizlərə, Batıya coşğun bir sel kimi axan mənmiyəm? Mənmiyəm qırbaclayan qərbin üfüqlərini? Harda qırbacım mənim, göstər mana yerini? Mən kiməm, kimlərdənəm, harda mənim el-ob... »

Almas İldırım – Bir El Aşığının Dedikləri

Almas İldırım – Bir El Aşığının Dedikləri

Bir el aşığının dedikləri (Qubada bir gün) Günəş süzgün tellərini yığınca dağlar ardı, Bənzədi bir yanıq qəlbə, axar sular qaraldı. Büründü bir yas tülünə çəmən, çayır, dağ, dərə, Qanad çarpan hər yetim quş çəkildi ənginlərə. Dilbər köylü* qızlarının yas bürürkən üzünü, Bir hıçqırıq tutdu axan pınar... »

Almas İldırım – Potyomkin

Almas İldırım – Potyomkin

Potyomkin (Tarixi poemadan bir parça) Qara dəniz qara gözlər kimi dalğın, qaynaşır, Üzərində əsən çılğın ruzgarlarla oynaşır. Üfüq qara dumanlardan bir çadraya bürünmüş, Göy üzündən axıb gedən o sevdalı, o gümüş Ay suların göy bağrına solğun bir nur səpiyor, Dalğacıqlar oynadıqca, Qara dəniz köpüyor... »

Almas İldırım – Gözəl Yurd

Almas İldırım – Gözəl Yurd

Gözəl yurd Qafqas… O gözəl yurd, o müəbbəd* vətənimdir, Mən hürr olaraq doğdum o zümrüd yaxasında. Dağlar beşiyim, geydiyi qarlar kəfənimdir, İllərlə, əsrlərlə sürünsəm də yasında, Ən sonda o, mütləq ki, mənimdir, o mənimdir! Qafqas… O yaşıl yurd, o müəbbəd vətənimdir… Qafqas…... »

Almas İldırım – Allah Naminə

Almas İldırım – Allah Naminə

Allah naminə Roma papasına Ey qəlbi Tanrısının eşqiylə çarpan papas, Bu tanrısız şairi dinləməzmisən bir az? Dün teleqraf telləri xəbər verdi dərindən Bu imansız ellərə küsüb darıldığını, Kin püskürən gizli bir hərbə sarıldığını… O doğrudur, biz atdıq tanrıları yerindən, Bizdə Allah naminə kir... »

Almas İldırım – Susun

Almas İldırım – Susun

Susun Dedi-qodu yayanlara Yürüyürük, yolumuz tikan, çala, dağ, dərə, Qəlbimiz alov aldı bir sönməz ehtirasdan. Yürüyürük, bu yolda qurbanlar verə-verə, Varlığımız kül oldu düşdügümüz bu yasdan… Susun, siz barı susun, gəlsin diləgə dağlar, Titrəsin acılardan zəhər sunan dodaqlar. Vətən atəşdə, ... »

Almas İldırım – Müqəddəs Ixtilal

Almas İldırım – Müqəddəs Ixtilal

Müqəddəs ixtilal Qaranlıqda gözlərim dikilmiş üfüqlərə, Bir fırtına səsi var, buludlar göydə dal-dal Açmış Doğu bağrını sökəcək şəfəqlərə, Qop, ey dəli fırtına, rişəni könlümə sal, İxtilal istəyirəm, müqəddəs bir ixtilal… Doğan günəşlə qopsun bir axın vəlvələsi, Görünsün qan köpüklü qasırğanın... »

Almas İldırım – Dağlara Vıda

Almas İldırım – Dağlara Vıda

Dağlara vıda Əzəldən can deyərək bu sevdalı ölkəyə, Hər qadasın aldığım sana əyan, a dağlar. Oxşarkən hər dərdini söz verdim ölüm deyə, Onunçun bu çəkdiyim dərd bipayan, a dağlar. Doğma yurdu tərk edib atıldım diyar-diyar, Görmədim gənc ömrümdə yaşanacaq bir bahar. Döndü həp düşmən oldu dost deyilən... »

Almas İldırım – Qürbətdə

Almas İldırım – Qürbətdə

Qürbətdə Mən torpağı atəşlə yoğrulan bir diyarın Doğdum yad çəkmələrlə çeynənən yaxasında. Ömrünü udub keçən hər qışın, hər baharın İçində mən ağlaram yalnız onun yasında… Basdığım hər torpağın qoy cənnət olsun üzü, Mən onu bir an üçün tapdayıb keçəcəyəm. Varsın da buz bağlasın hər bir çeşməni... »

Almas İldırım – Ləzgi Ellərində

Almas İldırım – Ləzgi Ellərində

Ləzgi ellərində Gülşən üçün Mən ömrümdə görməmişdim ləzgilərin elini, Durmamışdım uca, qarlı dağların dik başında. Şarabanla keçməmişdim coşğun çayın selini, Çapmamışdım at üstündə Şalbuz dağın döşündə. Dün mənə bir qoca ləzgi bir hekayət söylədi, Bu ellərin dilə gəlməz ən həqiqi şanından. Qartallar... »

Almas İldırım – Bir Gün

Almas İldırım – Bir Gün

Bir gün Sanma getməz başımdan bu kəşvətli buludlar, Şimşək olub üfüqdən yenə çaxacağam mən. Gözləri uzaq yolu bəkləyən nişanlıya Zəfərlərdən rəng alan bir gül taxacağam mən. Toxunma gəl başıma qonan dövlət quşuna, Burax məni götürsün bir əməl savaşına, Bir gün çıxıb Kazbekin o məğrur, dik başına, O ... »

Almas İldırım – Ömrüm Xarab Oldu Hey…

Almas İldırım – Ömrüm Xarab Oldu Hey…

Ömrüm xarab oldu hey… Kim dedi sana ki, çıxıb yoluma, Gənc yaşımda göndərəsən ölümə, Adını kim qazdı bilməm könlümə, Gəl ki, sənsiz ömrüm xarab oldu hey… Sən getdin, ardınca boynum büküldü, Axdı, axdı göz yaşlarım töküldü, Ellər, dostlar, birər-birər çəkildi, Həmdəmim bir qədəh şərab old... »

Almas İldırım – Gölcüklə Həsbi-Hal

Almas İldırım – Gölcüklə Həsbi-Hal

Gölcüklə həsbi-hal Dalğın mavi göz kimi dərd andıran dalğalar, Coşduqca könül coşar, durma, amandır, Gölcük! Çoxdan bəri qəlbimin telləri oynamadı, Dərdim başımdan aşqın, halım yamandır, Gölcük! Aç qoynunu, uzaqdan gəlmişəm, çox yaslıyam, Eli, yurdu çalınmış** bir qərib Qafqaslıyam, Zənn etmə ki, yo... »

Almas İldırım – Acı Günlər

Almas İldırım – Acı Günlər

Acı günlər Ac çılpaq işçilər bütün gününü Çalışır onlarçın alın təriylə. Özünə borc bilmiş itin gününü Döyüşür həyəcan zərbələriylə. Çalışır, özü ac, ailəsi ac, Çalışır, aldığı muzdu, haqqı nə? Çatmayır ancaq bir yemək haqqına. Heyf haqq verən yox, fəqət nə etsin? Şikayət etməyə kimlərə getsin? Yox,... »

Almas İldırım – Yurd Həsrəti

Almas İldırım – Yurd Həsrəti

Yurd həsrəti Mən yurdumu andıqca dərindən, Qəlbim qopuyor sanki yerindən, Yurdum… O ilahi uca Qafqas, Vermiş mənə ilhamı əzəldən. Sundum onun eşqiylə yürəkdən Atəş dolu bir camı əzəldən. Mən ruh alamam başqa gözəldən, Eşqim!.. O ilahi uca Qafqas… Qafqas!.. O yaşıl sinəli dağlar, Hicran d... »

Almas İldırım – Müstəmləkə Olmuş Şərqə

Almas İldırım – Müstəmləkə Olmuş Şərqə

Müstəmləkə olmuş Şərqə Qanlı pəncələrdə göz yaşı tökmə, Ey siyah örtüklü gəlini Şərqin! Zalimə yalvarma, boynunu bükmə, Azca açma daha əlini Şərqin. Çökdüsə ortaya hicran, ağlama, Oldusa ellərin viran, ağlama, Verdinsə sən bir çox qurban, ağlama, Bəyazlatma siyah telini Şərqin. O şimdi inləyən naşad... »

Almas İldırım – Dağlar

Almas İldırım – Dağlar

Dağlar Öpərkən alnından füsunlu bir yaz, Axıyor döşündən sellər, a dağlar! Yaşil, zümrüd gözlü yamaclarında Açılır lalələr, ğüllər, a dağlar!.. Tarixdə namının silinməz şanı, Karvanlar boynunun qızıl mərcanı, Sinəndə kəsərlər ellər qurbanı, Keçirərkən ağır illər, a dağlar!.. Torpağın cəvahir, daşlar... »

Almas İldırım – Qürbət Məktubları

Almas İldırım – Qürbət Məktubları

Qürbət məktubları Oradakı Həmşirəmə* Çoxdan oldu almadım, Bacım, səndən nə bir məktub, nə soraq, Bilsəm nə qədər dərindən özləmim, Gözlərimdə bilsən necə titrəyir, O söyüdlü, o şam qoxulu torpaq. Hələ bizim o vişnəli bağçamız, O mənim nar ağacım, Yerində dururmu, bacım? Hanı bəs, sən bu yaz mənə Niş... »

Almas İldırım – Küsdüyüm Bahar

Almas İldırım – Küsdüyüm Bahar

Küsdüyüm bahar Yenə gəldi könlümün küsdüyü bu ilk bahar, Yenə açdı, şerimə ruh verməyən çiçəklər… Eşqi baharda doğmuş və baharda solan bir Şair uğursuz gələn bu bahardan nə bəklər? Burax, ellər sevinsin, bu gəlişdən mənə nə, Ömrü qış kəsilən bir aşiq ondan nə anlar. Yad bir cənnət nə verir öz ... »

Almas İldırım – Bir Gündə Ölən Ekizlər

Almas İldırım – Bir Gündə Ölən Ekizlər

Bir gündə ölən ekizlər Annələrinə Eldəgəz və Yurdavar* üçün Mən deyirdim ki, bir gün varıb ana yurduna, Öpərsiniz anamın toz basan məzarını… Özlədiyim o gündə mən ölmüş olsam, belə Siz mənsiz gəzərdiniz Bakının Xəzərini… Lənət olsun mənə yar olmayan bir fələkyə, Düşmən kəsildi məndə yeti... »

Almas İldırım – Ölməkmi, Yaşamaqmı

Almas İldırım – Ölməkmi, Yaşamaqmı

Ölməkmi, yaşamaqmı Bir an susmaq sərin torpaq altında, Qurtulmaq bu ağır, sonsuz zillətdən. Zormu əcəb Əzrayılın pəncəsi, Daüsilla* denən bu güc illətdən?.. Kim dayanar bu içilməz ağuya, Tanrım onu verməsin bir yağıya?.. Vərəm olsa, hökmünü tez bildirir, Əcəl gəlir solğun üzü güldürür, İyirmi ildir ... »

Almas İldırım – Gicginə

Almas İldırım – Gicginə

Gicginə I Mən Krımın sahilini Gəzib-gəzib dolaşdım. Yaşıl, dilbər təpələrdən, Uca dağlardan aşdım. Yalı boyu Qara dəniz Dalğalanıb köpüyor. Sahildəki Gicginənin Ətəyindən öpüyor. Gətirərkən sular dilə Sahildəki daşları, Gicginənin gözlərində Sallanır göz yaşları. Gicginə, o macəralar Yavrusunun beşi... »

Almas İldırım – A Dost

Almas İldırım – A Dost

A dost Gülşən yapdım, güllərini yel aldı, Bir tək qönçəsini dərmədim, a dost! Bir bağça saldırdım, gəldi sel aldı, Bircə meyvəsini görmədim, a dost! Dosta bel bağladım, tuzağa düşdüm, Cananə can dedim, uzağa düşdüm, Əfsunlanmış qızıl bir ağa düşdüm, Birlik diləyinə ermədim, a dost! Mən baxarkən o se... »

Almas İldırım – Yarın

Almas İldırım – Yarın

Yarın (Şərq üçün) Xəzan pəncəsində saralan güllər, Şübhəsiz, şənlənib güləcək yarın. Həsrətlə çırpınan xəstə könüllər, Pək dadlı nəşələr sürəcək yarın. Qırılacaq kirli, dəmir qəfəslər, Daha gəlməyəcək o yanıq səslər, Qaranlıqlardakı inləyən kəslər Yaşlı gözlərini siləcək yarın. Şərqə hökm edərkən qa... »

Almas İldırım – Moskva

Almas İldırım – Moskva

Moskva Orda hürr ölkələri saran zəncirin ucu, Orda puç Neronların ölüm, qan yayan gücü. Aldanıb tuzağına düşən hər diyar bilir, Orağı insan biçər, çəkici öldürücü. Kremlin… onu sorun tarixin yarpağına, Qaç milyon insan qanı çilənmiş torpağına? İçdikcə qan istiyor, içdikcə quduzlanır Diqqət! Dö... »

Almas İldırım – Buludlar

Almas İldırım – Buludlar

Buludlar Lermontovdan iqtibas Ey lacivərd göylərin əbədi yolçuları, Mirvarid zəncir kimi üfüqlər aşarsınız. Sizdəmi mənim kimi doğma, əziz vətəndən Qovuldunuz, onunçun cənuba qoşarsınız? Kimdir qovan sizləri, talemi, ya qərarmı? Və ya gizli bir həsrət, açıq bir qərəzmi var? Yoxsa bu geniş göylər gəz... »

Almas İldırım – Qorkiyə

Almas İldırım – Qorkiyə

Qorkiyə Sən, daşqın dənizlərin qayalarla çarpışan, Yıldırımlar söndürən dalğasından yarandın. Şahlarin hökm etdiyi yoxsullar ölkəsində Ac, çılpaq “Ana”ların qəm, yasından yarandın. Ölkədə qan saçırkən knyazların qfrmancı, Sana düşmən kəsildi Romanovların tacı, Onunçun dönüb oldu sözlərin, adın “Acı”... »

Almas İldırım – Lənət Şairliyimə

Almas İldırım – Lənət Şairliyimə

Lənət şairliyimə Durma, gözəl sevgilim, oxşa məni, sev məni, Çoxdan bəridir ki, mən bir gülüşə möhtacım… Doğdum, doğalı sardı qızıl bir alov məni, Harda yaşıl diləyim, harda mənim amacım*. Neyləyim, fələk məni məhkum etmiş qürbətə, Lənət olsun sunduğu ağu dolu şərbətə… Mən bilirəm bu yol... »

Almas İldırım – Bilməm Ki

Almas İldırım – Bilməm Ki

Bilməm ki Oğlum Azərə Gün gəlib ta son vədələr yetincə, Qəhr olası bu ayrılıq bitincə, Bağçamızda sarı bülbül ötüncə, İstəklərim olacaqmı, bilməm ki… Gün süslərkən alnındakı naxışı, Mən ardınca dırmanırkən yoxuşu, Dağlara saldığım özləmin* quşu, Gəlib sənə çatacaqmı bilməm ki… Qovuşarkən... »

Almas İldırım – O Mənimdir Əzəldən

Almas İldırım – O Mənimdir Əzəldən

O mənimdir əzəldən Əsmə, ey sabah yeli, böylə müxalif əsmə, Tellərini pozduğun o sevdalı yar mənim. Söz verdim gələcəyəm, gəl də, yolumu kəsmə, O göy dəniz, yaşıl dağ, o güllü diyar mənim. Könlüm alov saçarkən vulkan kimi dərindən, Nə qorxum bir yolsuzun, imansızın birindən. Bir ah çəksəm çalxanar, ... »

Almas İldırım – Gənclərə Ümidim Var

Almas İldırım – Gənclərə Ümidim Var

Gənclərə ümidim var Sən istərsən qəlbimi parçala, qır, çeynə, əz, Mənim yenə bu yolda tükənməz bir canım var! Sən ölüm ol, başımda hər an dolaş, hər an gəz, Mənim yenə də bir gün sana bir üsyanım var. Xoşmu gəldi sana bu, bir an üçün susduğum? Məni bu yoldan etməz hökmünlə qan qusduğum. Ey qoynunda ... »

Almas İldırım – Amudərya

Almas İldırım – Amudərya

Amudərya Amudərya, məni al, O cəsur dağların qoynuna sal! Amudərya, dinlə, Mən sənin dərdinlə, Gənc ikən çəkmədəyəm hicr ilə yas, Amudərya, məni al, bağrına bas… Gəl ovut tüğyanımı, Sən duyarsan ki, mənim üsyanımı. Mən dedim ki, dəli, coşğun Xəzərə, Get qucaqlaş və yar ol, Mən dedim ölkələri G... »

Almas İldırım – Şikayət

Almas İldırım – Şikayət

Şikayət Mənim də dərdim var, hakim, dinlə sən, Ömür kitabımı qaralanmış yaz. Keçdi otuz səkkiz ilim heç oldu, Qəlbimi yüz yerdən paralanmış, yaz. Yaz, dostları sağır, dövranı sərxoş, Yaz, könlündə çarpan əməlləri boş, Sorma nerdən gəlmiş, nerdə vurulmuş, Dağdan-dağa çarpmış, yaralanmış, yaz. Burda b... »

Almas İldırım – Mənmi

Almas İldırım – Mənmi

Mənmi Sormayın kimlərdənəm, haralıyam, a dostlar, Könüldən fırtınalı, boralıyam, a dostlar, Qızıl bir qurşun aldım, yaralıyam a dostlar,  Cövrünə tab edərsəm, dağları dələcəyəm,  Qurban qəbul edərsə, yolunda öləcəyəm… Dəyməyin, siz dəyməyin, ta qəlbimdən dağlıyam, Mən dünyaya ün* verən Altayla... »

Almas İldırım – Böyük Şəhidimizə

Almas İldırım – Böyük Şəhidimizə

Böyük şəhidimizə Münir Kari üçün Özün bir nur ikən “qanlı ulduzun” Zülmət olduğunu qandın dedilər… Türk üçün yaranmış bu qoca Şərqə, Yeni bir gün doğar sandın, dedilər. Göz dikib qaralan dağlar ardına, Baxıb qəribsədin doğma yurduna, Ürəkdən qızaraq “Şimal qurdu”na Altun orduları andın, dedilə... »

  • 1
  • 2