Abbas Səhhət

Abbas Səhhət – Şeir Yaxud Mer

Abbas Səhhət – Şeir Yaxud Mer

Şeir yaxud mer Şerin nə demək olduğunu qarelərimizin bilməyinə şəkk və şübhəmiz yoxdur. İndi biz merin nə demək olduğunu bildirmək istəyirik. Bax, budur, “Ələmdar” adlı qəzetdə beləcə bir şey yazılmışdır. Həmin meri yazmaqdan qabaq bilmək gərəkdir ki, “Ələmdar” nə deməkdir? Yəni bayraq tutan, habelə... »

Abbas Səhhət – Məktəb Şagirdi

Abbas Səhhət – Məktəb Şagirdi

Məktəb şagirdi İştə bir tərbiyəli, aqil uşaq, İştə bir zirək, ayıq, kamil uşaq. Geyinib məktəbinin formasını, Götürüb qoltuğuna çantasını. Məktəbə şövqi-tamam ilə gedir, Keçməsin vaxtı deyə sürət edir. Gecə-gündüz çalışır mərdanə, İstəyir sibqət edə əqranə. Könlünün arizuyi-yektası: Vətənü millətini... »

Abbas Səhhət – Bölgü-Bölgü Olmuş Bu Gün Türkiyə

Abbas Səhhət – Bölgü-Bölgü Olmuş Bu Gün Türkiyə

Bölgü-bölgü olmuş bu gün türkiyə Bölgü-bölgü olmuş bu gün Türkiyə: Bir dəstəsi məşrutiyyət istəyir. Bir firqəsi istiqlaliyyət sevir, Bir dəstəsi cümhuriyyət istəyir. Heç kəs düşünmür kim, bu firqəbazlıq Məğlubiyyət, məqhuriyyət istəyir. 1912 »

Abbas Səhhət – Vətən

Abbas Səhhət – Vətən

Vətən Qafqaz qitəsidir mənim vətənim, Simürğün sayəsində məskənim. O məmləkətdə mən vücudə gəldim, Xalqıma qarşı sücudə gəldim. O yerdə kim, qara quşu, tərlanı – Adlanmışdır Qaf dağının sultanı. O yerdə kim, vardır qalın ormanlar, Dağlarında gəzir vəhşi ceyranlar. O yerdə kim göyün üzü şəffafdır, Çe... »

Abbas Səhhət – Qarı Və Qulluqçuları

Abbas Səhhət – Qarı Və Qulluqçuları

Qarı və qulluqçuları Bir qarının bir xoruzu var idi, Hər gün obaşdandan o banlar idi. Sübh çox ertə oyanardı qarı, Durğuzar idi hamı xidmətkarı. İnciyib axırda o qulluqçular, Ol xoruzu öldürübən atdılar, Ta ki, kəsilsin səsi, asudəcə, Bəlkə doyunca yatalar hər gecə. Çünki qarı bildi bu keyfiyyəti, Ö... »

Abbas Səhhət – Güllərin Bəhsi

Abbas Səhhət – Güllərin Bəhsi

Güllərin bəhsi Qızılgül Mən şahıyam qönçələrin, güllərin, Ən gözəl istəklisi bülbüllərin. Mən hamıdan yaxşı yaraşıqlıyam, Sevməliyəm, ətrə bulaşıqlıyam. Fəxr edərəm halətimə, həngimə, Qırmızı yarpaqlarıma, rəngimə. Bağı tutar ətri-dəhanım mənim, Eybi nədir varsa tikanım mənim?! Ağ zanbaq Əldə mənim ... »

Abbas Səhhət – 9 Mart

Abbas Səhhət – 9 Mart

9 mart Cəmo Cəbrayılbəyliyə Ey sevgili yavərim Cəmobəy! İstəkli bəradərim Cəmobəy! Ey xatirimin səfası Aciz! Ey gözlərimin ziyası Aciz! Bu tazə gələn ilin mübarək, Etsin sənə xaliqin təbarək! Ovqatın ola səndü firuz! Hər dəmdə misali-eydi-novruz Səd şükr ki, qış tükəndi, bitdi, Novruz gəlib, bahar y... »

Abbas Səhhət – Tənbəl

Abbas Səhhət – Tənbəl

Tənbəl Çox yatma, dur, a tənbəl, Yatsan olar iş əngəl. Gün dağlara yayıldı, Hər bir yatan ayıldı. Yar-yoldaşın səhərlər Tez məktəbə gedərlər. Sən çəştədək yatırsan, Pal-paltarın atırsan. Xeyrü şərin qan, oğlum, Öz halına yan, oğlum. Bir azca himmət eylə, Bir azca qeyrət eylə. Hər kim dilər şad olsun... »

Abbas Səhhət – Nitqi-Mənzum

Abbas Səhhət – Nitqi-Mənzum

Nitqi-mənzum Qardaş, gözün aç, bircə oyan, gör nə zəmandır, Dünya üzü elm ilə bu gün rəşki-cənandır. Afaqı işıqlatmış iyirminci qərinə, Məğriblilərin yer üzünə hökmü rəvandır. Bəsdir bu qədər qəflət ilə yatdın, əzizim, Allahı sevərsən, bir ayıl, yatma, oyan, dur! Diqqətlə öz əhvalına bir dəm nəzər e... »

Abbas Səhhət – Deyim, Deməyim

Abbas Səhhət – Deyim, Deməyim

Deyim, deməyim Yenə dərdim təzələndi, “Kəlniyət!” Gözlərimə kül ələndi, “Kəlniyət!” Xəbərin yox nə bidətlər çıxartmış – Mərsiyəxan, şeyx, əfəndi, “Kəlniyət!”  Etdiklərin bir-bir deyim, deməyim? Yox, demərəm, çün bir dəfə demişəm, Mollalardan bollu kötək yemişəm. Dedim axund, seyid, dərviş yamandı, M... »

Abbas Səhhət – Yaz

Abbas Səhhət – Yaz

Yaz O gün ki, fəsli-yaz olar, Gecə, günüz taraz olar. Havanın artar istisi, Daha soyuqluq az olar. Ərir dağın, çölün qarı, Axar dərələrə sarı. Gurultu ilə sel gələr, Salar sədaya çayları. Qaranquş ol zaman gələr, Yenə tikər yuvasını, Qonar yaşıl ağaclara, Oxur gözəl havasını. 1907 »

Abbas Səhhət – Şamaxı Zəlzələsi

Abbas Səhhət – Şamaxı Zəlzələsi

Şamaxı zəlzələsi Keçmişdi keçən şəb gecədən bir neçə saət, Məhtab ilə olmuşdu cahan qərqi-lətafət. Qəndili-dirəxşan qəməri göydən hüveyda, Bir səhneyi-şadi edib afaqdə peyda. Bir sümtü sükut, aləmə müstəvlivü qalib. Küllən hamı zərrati-cahan uyquya talib, Olmuşdu təbiət elə müstəğrəqi-əskan, Etmişdi... »

Abbas Səhhət – Küçə Uşağı

Abbas Səhhət – Küçə Uşağı

Küçə uşağı Görsəm çamırlı bir küçədə oynayır haçaq, Çılpaq, ayaqyalın, başaçıq bir dəcəl uşaq, Adət edib söyüşməyi, daim savaşmağı, İt qovmağı, daş atmağı, xalqa sataşmağı, Əxlaqı pozuğ, adəti pis, pasibani yox, Qəlbim yanar ona, deyərəm: “Ay yazıq çocuq, Sən sevgili vətənciyimin gül fidanısan, Sən ... »

Abbas Səhhət – Ayı Və Arılar

Abbas Səhhət – Ayı Və Arılar

Ayı və arılar Bir ayının düşdü yolu bir zaman Bal arısı kəndisinə nagəhan. Yıxdı yerə kəndini dərhal ayı, Ta dağıdıb sonra yesin bal, ayı. Agah olan tək arılar haldan, Oldular aşiftə bu əhvaldan. Ol ayını döyməyə bilittifaq – Eylədilər həmlə hərə bir sayaq. Gördü fənadır işinin axiri, Qaçdı o saət a... »

Abbas Səhhət – Varsa Doğru Sözə Həvəs Səndə

Abbas Səhhət – Varsa Doğru Sözə Həvəs Səndə

Varsa doğru sözə həvəs səndə Varsa doğru sözə həvəs səndə “Kəlniyət”, durma gəl bizim kəndə. Üç nəfər düz adam sənə tanıdım: Hac Xasay, hac Səməd, Əlibəndə. Heç Biri öz tüpürdüyün yalamaz, Verdiyi sözləri geri alamaz. 1912 »

Abbas Səhhət – Qaranquş Balaları

Abbas Səhhət – Qaranquş Balaları

Qaranquş balaları A quşcuğazlar, nə yaraşıqlısız, Can kimi bəslənməyə layiqlisiz. Nədir o istəkli, o heyran baxış, Nə dadlı cik-cik, nə gözəl çırpınış! Birdən ucaldı niyə cik-cikləriz, Pəh-pəh, açılmış sarı dimdikləriz. A bəxtəvərlər, ananız gəldimi? Qondu yuva üstünə, dincəldimi? Görcək onu səslənm... »

Abbas Səhhət – Füzulinin Bir Qəzəlini Tərbi

Abbas Səhhət – Füzulinin Bir Qəzəlini Tərbi

Füzulinin bir qəzəlini tərbi Dərdə düşdüm əsərindən sitəmi-hicranın, Çarədən ötrü dolaşdım nərəsin dünyanın. “Dəhənin dərdimə dərman dedilər cananın, Bildilər dərdimi, yoxdur dedilər dərmanın”. Eşq ikən ruzi-əzəl xilqəti-aləm səbəbi Vaizin xalqı nədir nəhyi dəmadəm səbəbi, “Olsa məhbubların eşqi cəh... »

Abbas Səhhət – “kəlniyətə” Məxsus Ədəbiyyat

Abbas Səhhət – “kəlniyətə” Məxsus Ədəbiyyat

“Kəlniyətə” məxsus ədəbiyyat “Kəlniyət” az çək daha zəhmət, dadaş, Xəlqi nahaq etmə məzəmmət, dadaş, Ortalığa çıxdı həqiqət, dadaş, Boş, quru sözdür, mədəniyyət, dadaş,  Həqli olur hardasa qüvvət, dadaş. Cahil isə, asyalı isə adım, Avropanın da işini anladım, Atmaram onlara tərəf bir addım, Bunlar e... »

Abbas Səhhət – Teleqraf Müxbiri Şərm Eyləməyir

Abbas Səhhət – Teleqraf Müxbiri Şərm Eyləməyir

Teleqraf müxbiri şərm eyləməyir Telqraf müxbiri şərm eyləməyir, Döndərib aslana balkanlıları. Tutdurur sərçə kimi minlər ilə Hər vuruşda yazıq osmanlıları. Balkanlılar müttəfiqən çalışır Rum elinin tutanda bir köyünü. Telqrafçı deyir: “On şəhr alındı!” Allah yıxsın yalançının evini. 1912 »

Abbas Səhhət – Ölü Şəhər

Abbas Səhhət – Ölü Şəhər

Ölü şəhər Kim baxarsa haçaq bizim şəhərə, Bir məzarlıq kimi gələr nəzərə. Hökmfərmadır onda sümtü sükut, Sarmış afaqını dumanlı bulut. Rəxnələnmiş həsarü divarı, Səqfi çökmüş qədimi asarı Qəmli mazisini hekayət edər, Taleindən bütün şikayət edər. Nə gurultu, nə küy, nə səs vardır, Bir neçə ruhsuz qə... »

Abbas Səhhət – Dəvət

Abbas Səhhət – Dəvət

Dəvət Arxadaşlar! Elm lazımdır ki, tapsın din həyat. Elm ilən hasil olur izzət, tapar millət nicat. Səy edin ta bizlərə əhsənlər etsin kainat, Elmsiz ömr etmədən min dəfə ərcəhdir məmat. Keçdi dövri-zuri-bazu, elmü fəzl əyyamıdır! Arxadaşlar! Oxuyun, elm oxumaq həngamıdır! Bax, əcanib bərrü bəhrə el... »

Abbas Səhhət – Yazmam!

Abbas Səhhət – Yazmam!

Yazmam! Firidunbəy Köçərli cənablarına “Yazmısan tazə nə şeylər? – deyə sordun məndən, Ruhumun tarına mizrabzən oldun, qardaş! Sabir ilə belə məktubu çox aldıq səndən, Hər nə yazdıqsa, ona bani sən oldun, qardaş! Bir zaman Nasehü tərrah ilə Sabir, bəndə, Yaşayırdıq hamımız qəflət ilə fərxəndə. Birim... »

Abbas Səhhət – Şair

Abbas Səhhət – Şair

Şair Dəhrin fəna mübarizəgahi-həyatına, Hökmi-qəza əlilə atılmışdı bir səbi. Sığmazkən aləm, adəm onun kainatına, Tiflanə mələbəydi hənuz ümdə mətləbi. Şerin pərisi ziri-cənahi-ümidinə – Lakin haman yetimi alıb, verdi tərbiyət. Məktum olan xəzaini-həqqin kilidinə, Ol tifli məhrəm etmək ilə qıldı mər... »

Abbas Səhhət – Köç

Abbas Səhhət – Köç

Köç Səhər-səhər yaz çağı, Köçür oba yaylağa. Gəlinlərin balağı, Batır lilə, batdağa. Arvad, kişi, oğlan, qız, Gön çarıqlı, başmaqlı, Gedir qoruq-qaytaqsız Gəlin, qızlar yaşmaqlı. Qoyun, quzu, at, eşşək, Salmış çölə qalmaqal, Dəvə, maya, nər, köşək, Lökləyirlər dalbadal. Kişi əlində çomaq, Sürür yükl... »

Abbas Səhhət – Bəradərim Ə.M.Sərkərov Cənablarına!

Abbas Səhhət – Bəradərim Ə.M.Sərkərov Cənablarına!

Bəradərim Ə.M.Sərkərov cənablarına! İthaf “Sevdim səni”, hətta dedin “oldum sənə aşiq”, Höccətsiz olan dəvayi-bihudə nə layiq? Susdunmu, ya qorxdun, bumu asari-məhəbbət? Çöhrəndə neçün cilvələnir haleyi-həmrət? İstərsən ola qismətin əyyami-baharım, Peymaneyi-əzvaqım ilə busü kənarım? İstərsən atılma... »

Abbas Səhhət – Ulaq Və Aslan

Abbas Səhhət – Ulaq Və Aslan

Ulaq və aslan Bir xoruz ilə bir zaman eşşək Kənd içində gəzirdilər tək-tək. Nagahan gördülər ki, bir aslan Üz qoyub kənd sarı gəlir qərran. Qorxudan saldılar xüruşü səda, Bir-birə dəydi kattavü koxa. Vəzü övzaı çünki gördü yaman Qayıdıb qaçdı çöl sarı aslan. Belə görcək ulağ güman etdi: “Qorxdu mənd... »

Abbas Səhhət – Qış

Abbas Səhhət – Qış

Qış Bir az əvvəl sağa-sola uça-uça fırlanan, Parça-parça qarlar indi yavaş-yavaş düşüyor. Buruq-buruq bacalardan çıxır tüstü, ağ duman, Küçələrdə it soyuqdan zingildəyir, üşüyor. Hərdən külək qalxır, yerdən qarı qapıb sovurur, Gəlib – gedən insanların üz-gözünü qovurur. Dağı, daşı qar büsbütün ağ kə... »

Abbas Səhhət – Fəryadi-Intibah Yaxud Amali-Vətənpərvəranə

Abbas Səhhət – Fəryadi-Intibah Yaxud Amali-Vətənpərvəranə

Fəryadi-intibah yaxud amali-vətənpərvəranə Ayıl, ey ümməti-mərhumə, ayıl! Ayıl, ey milləti-məzlumə, ayıl! Ayıl, ey bülbüli-gülzari-vətən, Nəğmən ilə ola bidar vətən! Sən ki, şəhbazi-yədi-nüsrət idin, Tayiri-sidreyi-ülviyyət idin. Kim səni didəsi giryan eləmiş? Kim səni halı pərişan eləmiş? Sındırıbl... »

Abbas Səhhət – Aclıq Davası

Abbas Səhhət – Aclıq Davası

Aclıq davası Aclıq davasında yoldan azanlar, qaçıb dazanlar, qəzet yazanlar üçün belə rəvayət edirlər: Saralüddövlə Kirmanşah döyüşündən sonra baş-gözü yarılmış, rəngi-ruyi saralmış, kürdlər içinə qaçmış, orada öz igidliyini tərif etmək üçün bu cür meydan açmışdır: Hazıram keçməyə mən canımdan, Keçm... »

Abbas Səhhət – Teleqraf Gündə Verir Xalqa Xəbər

Abbas Səhhət – Teleqraf Gündə Verir Xalqa Xəbər

Teleqraf gündə verir xalqa xəbər Telqraf gündə verir xalqa xəbər Balkan əhvalına dair yalanı. Döndərib bir sürü dilsiz qoyuna Türklərin əsgəri tək aslanı. Yetişir Sofiyadan tazə xəbər, Getdi bolqar qoşunu çox irəli. Bir deyən yoxdu, canım, boylə isə Qırx kəlisanı neçün verdi geri? 1912 »

Abbas Səhhət – Ninni

Abbas Səhhət – Ninni

Ninni Yavrum, uyu! Quzum, uyu! Ağlama, Yaralıdır köksüm, bir də dağlama. Annənə bir az da olsa şəfqət et, Xəstə yavrum, yetər bunca, rahət et. Uzun gecə sabahatək mən yatmam, Ağlaram mən, səni fəqət ağlatmam. Laylay deyib titrədərəm beşiyin, Həp çəkərəm gecə-gündüz keşiyin, Yedirdərəm sənə gözüm yağ... »

Abbas Səhhət – Dərya Kənarı

Abbas Səhhət – Dərya Kənarı

Dərya kənarı Bir gün qəmi-dövrandan usandı dili-zarım, Bir sahili-dəryayə tərəf düşdü güzarım. Ol mənzəreyi-dilkəşə etdikcə təmaşa, Min ləzzəti-ruhani olub qəlbdə peyda. Gördüm ki, yel əsdikcə edər bəhr təlatüm, Bir mənzəreyi-dilkəş açar söhbəti-qülzüm. Əmvac gəlir sahilə guya ki, o minval Təqib elə... »

Abbas Səhhət – Yol Verin!

Abbas Səhhət – Yol Verin!

Yol verin! Qaçın, qaçın, yol verin, atlandı Nasirəlmülk! Avropadan Tehrana, yollandı Nasirəlmülk! Çox şükrlər, çıxartdı hər müşkülü asanda, Yoxdur daha şuluqluq əsla, baxız, İranda, Qoyun gedib kef çəkə bir az Firəngistanda, Çoxdan qalıb İranda, yubandı Nasirəlmülk. Məşrutənin məhsulu dedik bir azca... »

Abbas Səhhət – Şair, Şeir Pərisi Və Şəhərli

Abbas Səhhət – Şair, Şeir Pərisi Və Şəhərli

Şair, Şeir pərisi və Şəhərli Səfalı bir mayıs axşamı… Günəşin qürubundan bir az sonra saf, lacivərdi asimana ucalan qürsi-qəmərin əşieyi-simini sakin və müəttər bir meşənin kölgəli ağaclarının arasından süzülərək yaşıl çəmənlərin və ən yaxından axan suyun səthini işıqlandırır, suya ən yaxın bi... »

Abbas Səhhət – İt Və Kölgəsi

Abbas Səhhət – İt Və Kölgəsi

İt və kölgəsi Bir it ağzında bir sümüklə səhər, Su kənarından eyləyirdi güzər. Suda öz kölgəsin görüb o zaman, Sandı bir özgə itdir ol heyvan. Sümüyü atdı tez o bir yanə, Suya vurdu özün hərisanə, O iti ta ki, qorxuya salsın, Bəlkə ağzındakı əti alsın. Tapmadı bir şey, oldu çox qəmgin, Həm itirdi na... »

Abbas Səhhət – Ayı Və Şir

Abbas Səhhət – Ayı Və Şir

Ayı və şir Əlbir olub bir ayı bir şir ilə, Ovladılar dovşanı tədbir ilə. Olmadılar razı onu bölməyə, Çıxdı iş axır ölüb-öldürməyə. Çeynədilər, dişlədilər, diddilər. Bir-birini al qana qərq etdilər. Özlərini taqətdən saldılar, Hər biri bir səmtə düşüb qaldılar. Tülkü uzaqdan görüb ol haləti, Bildi ki... »

Abbas Səhhət – Var Idi Heç Olmasa Şirvanda Beş-Üç Il Qabaq

Abbas Səhhət – Var Idi Heç Olmasa Şirvanda Beş-Üç Il Qabaq

Var idi heç olmasa şirvanda beş-üç il qabaq Var idi heç olmasa Şirvanda beş-üç il qabaq Məscidin cünbündə tək bir əhli-sünni məktəbi. Şiə, sünni birləşib batinləri birləşməmiş Ooydular adın onun haşa “Üxüvvət” məktəbi. Ortaya çıxdı balıq, xərçəng, ördək yoldaşı, Mollalar bilməm dağıtdı, ya cəmaət mə... »

Abbas Səhhət – Payız Çağında

Abbas Səhhət – Payız Çağında

Payız çağında Payız çağında hər səhər soyuq-soyuq külək əsər. Ağaclara, budaqlara dəyəndə yarpağın tökər, Xəzan ayında meyvələr şüru edər savılmağa. Bazara turp, kök, kələm, soğan gələr satılmağa, Küləkli qar, yağış yağar uzun-uzadı yaylağa. Köçər o vaxt el-oba, enər tamamı qışlağa, Günüzlərin qısal... »

Abbas Səhhət – Ey Vətən, Getmə Ki, Əldən Gedəriz!

Abbas Səhhət – Ey Vətən, Getmə Ki, Əldən Gedəriz!

Ey vətən, getmə ki, əldən gedəriz! Ey vətən, getmə ki, əldən gedəriz! Biləriz fərz sənin xidmətini! Nəqdi-can eşqinə isar edəriz, İstəriz vəzi-fəlah heyətini! 1906 »

Abbas Səhhət – “üxüvvət” Məktəbi

Abbas Səhhət – “üxüvvət” Məktəbi

“Üxüvvət” məktəbi Nə oldu, Şirvan əhli bəs – Mədrəseyi – “Üxüvvət”in? Yoxsa gözə gətirdilər Tezbazar oldu hümmətin? Çatdı ya ki, uşaqların, Künhünə elmü sənətin? Yaxşı ki, qorxub az yedin, Toxluq edər təbiətin. Yoxsa axund-əfəndilər Mədrəsəni qapatdılar? Qüsl verib, hünut edib Qəbr içinə uzatdılar, ... »

Abbas Səhhət – Sual Və Cavab

Abbas Səhhət – Sual Və Cavab

Sual və cavab – Nə düşünməkdəsən, a divanə? Yenə bir uyku görmüsən, ya nə? – Yox, düşüncəm budur haçan bu uşaq – Yürüyüb arkadaşlara çatacaq? – İndi qardaş, o xəstədir, xəstə, Yürüməksə əlacə vabəstə. Neyləyim mən o qədr kövdəndir, Həm dəva, həm təbibə düşməndir. – Nə dedi bəs ona böyük doktor? – Çı... »

Abbas Səhhət – Nidayi-Millət Yaxud Amali-Vətənpərvəranə

Abbas Səhhət – Nidayi-Millət Yaxud Amali-Vətənpərvəranə

Nidayi-millət yaxud amali-vətənpərvəranə Ey əhli-vətən, tərk eləyin büğzü ləcuci! Bir dəm arayın halımıza rahi-əlaci! Sönmüş vətənin sərsəri-cəhl ilə siraci, Vicdanları təlx etdi qəmin, məsləh əcaci, Milliyyəti yad eyləyin, ey milləti-naci! Pək təhlükəli xəstədir islam məzaci! Yaran, yığılaq bircə q... »

Abbas Səhhət – Cücələr

Abbas Səhhət – Cücələr

Cücələr Cücələrim birər-birər, Suyu görüb yavuq gələr, İçər, gedər eşələnər. Yeyər, içər cücələrim, Doyub qaçar cücələrim. Cücələrim lümək-lümək, Qanadları gödək-gödək, Yem axtarar, tapar yemək, Yeyər, içər cücələrim, Doyub qaçar cücələrim. Gecə dönəndə gündüzə Cücələrim gəzə-gəzə, Səhər hindən qaça... »

Abbas Səhhət – Yoldaşım Üçün Göz Yaşı

Abbas Səhhət – Yoldaşım Üçün Göz Yaşı

Yoldaşım üçün göz yaşı Getdin, niyə gəlmədin, həbibim? Ey vah, o nasıl yaman gedişdi. Atdın vətəni neçün, qəribim, Arxandan əcəl məgər yetişdi? Ax, bilməyirəm nə növ qıymış, Qurşunla səni edən kəs itlaf? İnsanlar, aman nə zalım imiş! “Şeytanlar edərdi bəlkə insaf!” Uçdun, mələkim, neçün yox oldun? Ə... »

Abbas Səhhət – Sabir

Abbas Səhhət – Sabir

Sabir Sabir! Ey sən sevimli şairimiz, Müqtədir, duzlu sözlü Sabirimiz! Necə qan olmasın sınıq könlüm? Səni çox tez ayırdı bizdən ölüm! Yox, yox, əsla sən ölmədin, dirisən, Ən böyük qəhrəmanların birisən. Qələminlə, dilinlə, halın ilə, Köhnələnməz şirin məqalın ilə, Süngülər açmayan yolu açdın, Qələm... »

Abbas Səhhət – İtaliya

Abbas Səhhət – İtaliya

İtaliya Deyirlər daha qorxur Allahından İtalya, Keçir indi türklərin günahından İtalya. Taxsırları çox idi osmanlının əlbəttə, Tripoli vermədi istənilən səatdə. Odur ki, hirsləndilər farslar kimi bir vəqtdə, “Türk qırdı” – hökmün aldı öz şahından İtalya. Dava paroxodların minib, o dəm çapdılar, Dərn... »

Abbas Səhhət – Ata Və Oğul

Abbas Səhhət – Ata Və Oğul

Ata və oğul Ay dədə, dur get mənə çox şeylər al! Bir dənə çanta, bir-iki dəftər al! Mən dayım oğluyla gəlirdim bayaq, Gördüm o məktəbdə oxur çox uşaq. Durdum ora pəncərədən baxmağa, Dərslərinə azca qulaq asmağa. Dərsləri yetdikdə, dədə, axirə, Oxudular elliyi birdən-birə. Hamısının yaxşı tuturdu səs... »

Abbas Səhhət – Tülkü Və Qurd

Abbas Səhhət – Tülkü Və Qurd

Tülkü və qurd Tülkü gəzəndə yıxılıb nagəhan, Bir quyuya düşmüş idi bir zaman. Torpağa sürtmüşdü üzün, həm gözün, Qurtara bilməzdi ölümdən özün. Düşdü qəzadan ora qurdun yolu, Baxdı ki, görsün quyu boşdur, dolu. Tülkü onu gördü, salam eylədi, Ağladı, yalvardı belə söylədi: …Qurd lələ, səndən ed... »

Abbas Səhhət – Oxucularıma

Abbas Səhhət – Oxucularıma

Oxucularıma Ey möhtərəm qarelərim! Topladığım bu əşar, Həp ürəkdən çıxan bütün ixtiyarsız fəryaddır. Mötərifəm ifadəcə, onda pək çox nöqsan var. Divanəlik asarıdır, məsulluqdan azaddır. Zira könlüm həvəslərin pəncəsində zəbundur. Qurtarmaram, nə etməli? Bir çarəsiz cünundur. Əvət, soyuq bir əsərdir,... »

Abbas Səhhət – Əşar

Abbas Səhhət – Əşar

Əşar “Kəlniyət”, ağrın bu qoca naqqala, Bircə sözüm var, onu yaz jurnala, Söylə bizim tənbələ, yat, qal dala, Yorğanı çək başına, sən çulğala, Barmağını burnuna sal, qurdala. Ay hacı, ay məşhədi, ay kəblayı, Ay əmi, ay molla, a bəy, ay dayı, Qəlyanı çək, tiryəki at. İç çayı, Yax hənanı, ver uruğu sa... »

Abbas Səhhət – Vaveylayi-Nifrət

Abbas Səhhət – Vaveylayi-Nifrət

Vaveylayi-nifrət Təməddün əhli olmuş elm ilə alim, ziyalanmış. Pozulmuş milləti-islamın əxlaqı, fənalanmış, Ülumi-dinü dünya kəsbinə məmur ikən bizlər. Fəqət bir elmi-din əxz etməyə xalq iktifalanmış, Nə qəflət! Elmdən eylər təbərra vaizü qazi. Vahalonki qivami-şər elm üzrə binalanmış, Qaçıb elmin p... »

Abbas Səhhət – Şikayət

Abbas Səhhət – Şikayət

Şikayət Dersəm mən əgər süxən zəmani – Kim, mərifətin rəvacı yoxdur. El tənə ilə deyər filani – Divanə olub: əlacı yoxdur. Bəzisi deyər: təbiidir bu, Bəzisi deyər ki, “babi” olmuş. Gah sünni deyər ki, şiədir bu, Əfyunə uyub şərabi olmuş. Bu firqeyi-cahilü əvamı, Yarəb, sən özün hidayət eylə! Yox səd... »

Abbas Səhhət – Nəvayi-Aşiqanə

Abbas Səhhət – Nəvayi-Aşiqanə

Nəvayi-aşiqanə Yaran, bahar mövsümüdür, aşiq olmalı! Canan yolunda ölmək üçün şaiq olmalı! Fəsli-bahar, mövsümi-gül, vəqti-badədir, Məşuqə xassə şux, cavan, türki-sadədir. Saqinin iltifatı bizimlə ziyadədir, Varkən bu fürsət əldə dəmi-istifadədir. Meyxarəlikdə qeyrilərə faiq olmalı! Yarın çatıb gözə... »

Abbas Səhhət – Çox Yaşa!

Abbas Səhhət – Çox Yaşa!

Çox yaşa! Ay bərəkallah sənə, Kamil paşa! Qəlyanı çək, qəhvəni iç, çox yaşa! Türklər ərz etdi görürsüzmü ya? İştə gəlir hərbə qrek, Serbiya, “Biz hələ hazır deyiliz davaya”. Boylə cavab söylədi Kamil paşa, Afərin, əhsən belə aqil paşa! Elmü fərasət belə olsun gərək, Səbki-rəyasət belə olsun gərək, R... »

Abbas Səhhət – Yuxu

Abbas Səhhət – Yuxu

Yuxu Zindan kimi, qəbir kimi qaranlıq – Bir gecəydi, hər şey, hər kəs yatmışdı. Çulğamışdı hər tərəfi dumanlıq, Aləm ölüm yuxusuna batmışdı. Bu zülmətdə mən müztərib, pərişan, Səsdən, işıqdan axtarırdım, nişan. Birdən-birə bu sakitlik pozuldu, Oynaşdılar qan yağdıran bulutlar. Bir fırtına yox, bir q... »

Abbas Səhhət – Rozəxan

Abbas Səhhət – Rozəxan

Rozəxan Get, axund, bir qara əbayə bürün, Bir əlin millətin cibinə uzat. Bir əlin kömləyin yaxasına at Minbər üstündə xalqa böylə görün. Bu təmaşaya el də aşiq olur: “Gözə bir aləm eyləyir izhar” Əhli-məclis ki, başların açalar, Şırpa şırp sillə, yumruğu vuralar. Yığılar çoxca dirhəmü dinar, Arizuna... »

Abbas Səhhət – İnsanlıq Vəzifəsi

Abbas Səhhət – İnsanlıq Vəzifəsi

İnsanlıq vəzifəsi Namusi-rəayani çəkən hər ümərayə, Əlbəttə, dilü canla itaət gərək olsun. İnsanlara xidmət edən ərbabi-dühayə, Təkrim edilib şəni, riayət gərək olsun. Onlar ki, bizə rahibəri-elmü ədəbdir, Şükraneyi-ehsanların ifa edərik biz. İnsanlara insanlığı təlimə səbəbdir, Həqdən olara ömr təm... »

Abbas Səhhət – Bənzətmə

Abbas Səhhət – Bənzətmə

Bənzətmə Göstərdi mahi-ruzə üfüqdən liqasını, Çəkdi əzançılar da obaşdan səlasını, Geydi axund, əfəndi xeyir-şər libasını, Minbərlər üstə ney tək ucaldıb nəvasını, Ta təkfir eyləsin yenə millət bəlasını. Bir yan qurub cəmaət üçün mollalar tələ, Bir yan əvamlar çəkir əfyunü nargilə, Bir yanda bənd ol... »

Abbas Səhhət – Tohid

Abbas Səhhət – Tohid

Tohid Bu nə heyrətfəza səmayi-rəfi? Bu nə biintəha fəzayi-vəsi? Niyə xurşid atəşəfşandır? Niyə qürsi-qəmər dirəxşandır? Bu nə biəd səvabitü səyyar? Bu nə bihəd kəvakibi-dəvvar? Kim bu tədadı binəhayət edər? Niyə durmaz bular, səyahət edər? Bu nə ibrətnüma büruzü zühur? Nurdən zərrə doğdu, nerdən nur... »

Abbas Səhhət – Özlərini Sevənlərə

Abbas Səhhət – Özlərini Sevənlərə

Özlərini sevənlərə Tutalım çox ağıllı tacirsən, İş aparmaqda xeyli mahirsən. İqtidarın, malın, pulun çoxdur, Xalqa ondan vəli, kömək yoxdur. Sandığında var isə milyonlar, Nəf görmür əgər müsəlmanlar. Tüf sənin mülkü malü dövlətinə, Həm sənə, həm də şənü şövkətinə! Pəhlivanlıqda gər müsəlləmsən, Fərz... »

  • 1
  • 2