Cana, üzündəki o iki mahitabə bax! – Abdulla Şaiq

Cana, üzündəki o iki mahitabə bax!

Cana, üzündəki o iki mahitabə bax!
Qəlbimdəki bu dərdə, qəmə, iztirabə bax!

Zülfün xəmində xalına bax, dil edir kəbab,
Rüxsarım üstünə tökülən xuni-abə bax!

Gül üzlərə tökəndə qara zülfü yel deyir:
Eyvah, günəş üzünü tutan bir səhabə bax!

Cana, o səndə işvəyə bax, nazü qəmzəyə,
Könlümdə dərdü möhnəti gör, səbrü tabə bax!

Qəm dalğası hücuma keçən dəmdə qəlbimə,
Çeşmim kənarına yığışan bir hübabə1 bax!

Ayinəni alıb ələ fəxr etmə hüsnünə,
Ömrüm xəzanı ahi-dili-bihesabə bax!

Kafir bu zülmü kafirə qılmaz, gözəl, rəva,
Allaha bax, peyğəmbərə, quran, kitabə bax.

Şaiq çəkəndə şamü səhər ahi-dərdnak,
Zülf ilə türrələrdə olan inqilabə bax!

1 Köpüyə

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.