Çalışan qazanar – Abdulla Şaiq

Çalışan qazanar

Yaydı, isti bir gün idi,
Ağaclar çox ölgün idi.
Göydən yerə od yağırdı,
Solmaz Eldarı çağırdı:
— Qardaş, gəl, bağçaya gedək,
Çiçəklərə bir baş çəkək.
Çoxdandır su içmir güllər,
Bəlkə solub qərənfillə,
Bağçaya getdilər yügrək,
Gördülər hər gül, hər çiçək
Yerə əyib şax boynunu,
Yamyaşıl o atlas donu
Yaman solub saralıbdır,
Hamısını dərd alıbdır.
Eldar qəmləndi bu işə;
Acıqla baxdı günəşə,
Dedi: — günəş, nə yamansan,
Çiçəkləri solduransan! Neçin
vurdun bu ziyanı,
Soldurdun güllü bağçanı?
Günəş gülümsədi: — “Sağ ol!
Məndən ziyan gəlməz, oğul!
Hər şeyə can verən mənəm!
Qüvvət, ət, qan verən mənəm!
Bu böhtandır, ay uşaqlar!
Məndə axı nə günah var?
Güllər su içmir üç gündür,
Odur ki, onlar ölgündür.
Oğlum, hər şey sevir zəhmət,
Tənbəl ziyan çəkər, əlbət!
Məndən gəlməmiş bu ziyan.
Çox qazanar, çox çalışan.
Zəhmətsiz bal yemək olmaz”.
Utanaraq Eldar, Solmaz
Suladılar çiçəkləri,
Puç olmadı əməkləri.
Güllər yenə cana gəldi,
Bağça ətə-qana gəldi.

1950

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.