Bunca cəfanı qıldı mənə yar, utanmadı, – Abdulla Şaiq

Bunca cəfanı qıldı mənə yar, utanmadı,

Bunca cəfanı qıldı mənə yar, utanmadı,
Zülmündən əl götürmədi, bir an dayanmadı.

Kuyində pislik ilə keçirdim həyatımı,
Bir busə ilə adımı axırda anmadı.

Yandım bu dərdi-eşqdə, bir çarə tapmadım,
Bilməm neçin bu bəxti-siyəh bir dolanmadı.

Naləmdən oldu kül bu cahan içrə kuhü dəşt1,
Ey dil, neçin o türreyi-dildar yanmadı.

Naz ilə məst olub gecə-gündüz o mah ru,
Bir ləhzə xabi-qəmzədən axır oyanmadı.

Zahid nə qədər etdisə mənbərdə pəndü vəz2,
Divari-eşqə zərrəcə rəxnə vurammadı.

Eşqin yolunu bunca ki, Şaiq edirdi teyy3,
Qeys hər qədər yüyürdü, yoruldu, çatammadı.

1 Dağ və səhra
2 Öyüd və nəsihət
3 Keçmə, yolu başa çatdırma

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.