Bu qürurlu boyun burulmazmı – Abdulla Şaiq

Bu qürurlu boyun burulmazmı

Bu qürurlu boyun burulmazmı?
Bu bulanıq sular durulmazmı?
Söylə, ey kinli, qan içən xain,
Zülmə, səbrə nəhayət olmazmı?
Şam ki, pərvanəni yaxar, özü də
Öz odunda yanıb kül olmazmı?
Ey arı, səndə yox laçın qanadı,
Bu fəzalarda o yorlmazmı?
Üzgüçü olmayan dərin dənizə
Girsə, ey “qəhrəman”, boğulmazmı?
Kin ilə çapdığın zülüm atına
Bir çidarlı yüyən vurulmazmı?
Gecə-gündüz axan bu al qanlar
Dəniz olsa, yenə sorulmazmı?
Bir zaman haqq-hesab çəkərkən el
Bu cinayətlərin sorulmazmı?
Verdiyin bu cəzalara qarşı
Sənə də məhkəmə qurulmazmı?
Bu qoyun cildinə girən qurdun
Fitnəsi, hiyləsi duyulmazmı?
Bu qədər leş yeyən dərə, uçurum
İntiqam nərəsiylə dolmazmı?
Kim itirmiş mənim itirdiyimi?
Bu xəzan yoldu hər bitirdiyimi.

1937

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.