Bu nəqşi ki, sən ol güli-rüxsarə çəkirsən – Abdulla Şaiq

Bu nəqşi ki, sən ol güli-rüxsarə çəkirsən

Bu nəqşi ki, sən ol güli-rüxsarə çəkirsən,
Bütlan1 xətini səfheyi-gülzarə çəkirsən.

Ol məst gözün yadına ey sərvi-qiyamət,
Bu xəstə dili xaneyi-xummarə çəkirsən.

Zəncir kimi zülfünu boynuma salıbsan,
Divanə kimi kuçəyə, bazarə çəkirsən.

Bimarə ölüm müjdəsi vermə, hələ can var,
Çeşmim baxa-baxa üzünə qarə çəkirsən.

Yox mehrü vəfanın, a gülüm, səndə nişanı,
Ol dağ ki, bu Şaiqi-qəmxarə çəkirsən.

2 Haqsızlıq

 * * *

Dur, saqi, ayağa, ver dolu cam,
Bu səy ilə hasil olmadı kam.

Candan məni dərdi-hicr saldı,
Dil vəsldən oldu çünki nakam.

Ol kuyi-nigaridən1 keçəndə,
Ey bad, yetir o yarə peyğam.

Hicrində de yarə, qalmamış tab,
Fikrin nədir, ey büti-güləndam?

Həsrətlə bu ruzigar keçdi,
Hasil olacaq nə vaxt bəs kam?

Gəl-gəl ki, bu hicri-cangüdazın
Qoymadı könüldə səbrü aram.

Səbr eyləyirəm bu dərdi-hicrə,
Axır nə olar görüm sərəncam?

Bilməm ki, neçin rəva görürsən
Bu Şaiqə zülmü, ey şəkərfam!

1 Gözəlin küçəsindən

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.