Bu da bir şeri-faniyi-digər – Abdulla Şaiq

Bu da bir şeri-faniyi-digər

Çiçək altında bir kiçik kəpənək
Düşüb əfsürdə1, çırpınır bipər.
Qızınır son günəşdə titrəyərək,
Əcələ2 pəncə fırladır bifər.
Çəkilincə günəş həyatı sönər,
Sabaha qalmaz artıq ondan əsər.
Bu da bir şeri-faniyi-digər.
Ya ki məhsullu, qos-qoca bir ağac
Devrilib çöldə sərnigun3 olmuş.
Şaxların yolçular edər tarac,
Yoluq, əfsürdə, qəlbi xun olmuş.
Saralıb yarpağı, zəbun olmuş.
Günəşi sönmüş, ömrü dun olmuş.
Bu da bir şeri-şakiyi-digər4.
Bir qoyun çöldə ayrılıb sürüdən
Dolaşır, yol arar, zavallı mələr.
Önünə bir ayı çıxar birdən,
Ürkərək qorxudan durub titrər.
Ayının pəncəsində hey inlər,
İztirabati-qəlbini dinlər.
Bu da əhbaba navəki-digər5.
Bürüyür kainatı sis və duman.
Nagahan sim-siyah olur aləm.
Qopar üsyan qılıqlı bir tufan.
Gurlar həm arxasınca bərqi-kərəm6.
Çəkilir sis-duman, olur bərhəm7,
Açar əzhar8, günəş doğar xürrəm.
Bu da bir şeri-şadiyi-digər.

1909

1 Hissiz, donmuş
2 Tez
3 Başaşağı
4 Şikayət dolu başqa bir şeir
5 Bu da dostlara başqa bir ox (yara mənasındadır)
6 Kərəm, yaxşılıq şimşəyi
7 Dağınıq, pozunuq
8 Güllər

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.