Böyük xadim – Abdulla Şaiq

Böyük xadim

Həsənbəy Zərdabinin vəfatı münasibətilə

Bu sənmisən, ey dahiyə, ey nəcmi-müzəffər?!1
Almış səni ağuşuna tabuti-mükəddər!
Ey şanlı “Əkinçi!”, sən idin gəncliyə rəhbər!
Aldı səni bizdən ölüm, ey nur saçan ülkər!
Ey adlı, şərafətli, fədakar, böyük insan,
Aləmlərə sığmaz vətənə etdiyin ehsan.
Ruhun ola şad, ey ata, inamla çalışdın,
Sönməz, böyük ümmid ilə, vicdanla çalışdın.
Bar vermədədir bəslədiyin dadlı diləklər,
Almış sənin ətrafını, bax, canlı çiçəklər.
Həsrət gözünü aç bir an, ey şanlı mücahid!
Minlərcə bu məktəbli cavanlar buna şahid.
Yordu o zəif cismini zəhmət və məşəqqət,
Doğma vətənin qoynuna gir, ol daha rahət.
Gəlmiş hamı qəlbində kədər son görüşə, bax!
Mümkünmü səni, ey böyük insan, de, unutmaq!

1907

1 Qalib ulduz

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.