Böyük sənətkara – Abdulla Şaiq

Böyük sənətkara

Böyük ədibimiz Mirzə Fətəli Axundovun yubileyi münasibətilə

Hörmət sənə, böyük şair,
Hörmət açdığın yola!
Hörmət sənət sahəsində
Güllər saçdığın yola!

Sənin nadir istedadın
Səhnəmizi yaratdı.
Acı, kəskin gülüşlərin
Həqiqəti parlatdı.

Yeni, canlı sənətimiz
Səndən ruh aldı yalnız.
Hörmət sənə, böyük şair,
Hörmət, ey parlaq ulduz!

1928

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.