Bir qadına – Abdulla Şaiq

Bir qadına

Soruşursan: — Nədir bu əczü1 sükut?
— Məni hüsnündür eyləyən məbhut,
Ey mənim qəlbimi çalan afət!
Həm həyat, həm şüur verən fitrət!
Hər kəsə nitq, həm bəyan vermiş.
Şairə başqa bir nişan vermiş.
Bir sükut ilə endirər gözünü,
Duyurar aşinasına sözünü.
O sükutimdə öylə sözlər var,
Kəlməsindən beş-on kitab yazılar.

1910

1 İqtidarsızlıq

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.