Bir may – Abdulla Şaiq

Bir may

Səhər-səhər pəncərədən
Şəfəq gülümsədi birdən.
İşıqlandı dəhliz, otaq,
Baxıb buna ruhlanaraq,
Sordum: — Şəfəq, nə var yenə?
Bir sözünmü vardır mənə?
Şəfəq dedi: — Bu gün maydır,
Yaz fəslində gözəl aydır.
Elin şənlik əyyamıdır,
Zəhmət, hünər bayramıdır.

Mən vurğunam güllü yaza,
Çıxdım kiçik bağçamıza.
Gördüm coşur qaranquşlar.
Səslərində şənlik, sevinc.
Dedim: — Əziz quşlar, nə var,
Qaranquşlar etdi: “vic-vic”;
Dedilər ki: — Bu gün maydır,
Yaz fəslində gözəl aydır.
Elin şənlik əyyamıdır,
Zəhmət, hünər bayramıdır.

Küçələri seyrə çıxdım.
Dolaşdıqca addım-addım,
Hər tərəfdə büsat gördüm,
Könül açan həyat gördüm.
Əllərində al bayraqlar,
Dəstə-dəstə şən uşaqlar
Gedirdilər nizam ilə,
Tükənməz bir ilham ilə
Deyirdilər: — Bu gün maydır,
Yaz fəslində gözəl aydır.
Elin şənlik əyyamıdır,
Zəhmət, hünər bayramıdır.

1950

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.