Bir mələkə – Abdulla Şaiq

Bir mələkə

“Molla Nəsrəddin” məcmuəsinə
  Şeir “Molla Nəsrəddin” məcmuəsinin Zəngəzurdakı aclığı təsvir edən nömrəsinə həsr edilmişdir.
Mahtablı gecə… Kənari-dərya,
Əsməkdə nəsimi-xoş, müəttər1.
Titrədi yaşıl-yaşıl çəmənlər.
Qəlbimdə cahan — cahani-sevda.

Bu anda mələkdi, yoxsa huri,
Vicdanını inlədirdi bir qəm.
Səslərdi həzin səs ilə hərdəm:
“Aclıq bürüyübdü Zəngəzuri”.

Ay, ulduz olub da dərdə qəmxar
Sanki baxışırdı mat-məbhut2.
Bir qəmli sükut içində lahut3,
Dinlər o həzin sədanı təkrar.

1910

1 Ətirli
2 Heyran-heyran
3 İlahiyyat; göylər

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.