Bir az da atəş qat – Abdulla Şaiq

Bir az da atəş qat

Gənc xanəndəmiz Bülbülə

Nədir, nədir o gözəl səsdə titrəyən fəryad,
Ki, hər təranəsi ruhumda min fəğan oyadır?
O inləyişlər, aman, kimdən istəyir imdad
Ki, qəlbimin içini hey zaman-zaman qanadır?

Neçin, neçin dodağından uçan fəğanlardan
İçimdə dalğalanır ən acıqlı duyğu, kədər?
Neçin, neçin o səni inlədən “amanlar”dan
Gözümdə kölgələnir bir yığın səfil üzlər!

Neçin, neçin o fəğanlar, “amanlar”, gəl, anlat,
Bəlalı Şərqin o keçmiş kədər və matəmimi?
O inlədən səni də qəlbə od vuran qəmimi?

Unut o keçmişi, hayqırma, bitsin əfğanlar,
Bir az da gurlasın artıq səsində üsyanlar,
Bir az da nəğmənə qüvvət, bir az da atəş qat!

1924

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.