Bilikdəndir hər zəfər,
Ondan doğar şən səhər.
Bilik əqlə yoldaşdır,
Günəş ilə qardaşdır.
Zəfər, səadət deyə,
Sarılın bu biliyə,
Yayın onu hər yana.
Xalqımız gəlsin cana.
Bağ, bağçamız güllənsin,
Bülbülləri dillənsin.
Şənlənsin, tarla, çəmən,
Sevinsin ana Vətən.
Bilik
:: ADVERTISEMENTS ::
