Bəradərim Firidunbəyə təqdim etdiyim rəsmimin altına – Abdulla Şaiq

Bəradərim Firidunbəyə təqdim etdiyim rəsmimin altına

Qəlbinə yəs, iğbirar1 açan
Gözlərimdə əməllərimdir uçan.
Bəllidir hər baxışda dərd, qəmim,
Baxma, əks eyləyər sənə ələmin.
Ürəyimdə coşan bu fırtınalar
Səni də mən kimi məlul eylər.
Məni ağlar görüncə, sən gül, gül!
Çünki əbr2 ağlayar, gülər sünbül.

Donuq bir çöhrədən dolğun üzüm bir lövheyi-müğbərr3.
Sönük bir didədən sönmüş gözüm bir bərqi-seylavər4.

1913

1 Qəlbi qırıqlıq, qubarlanma
2 Bulud
3 Xatirə lövhəsi
4 Axan şimşək

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.