Azadlıq pərisinə – Abdulla Şaiq

Azadlıq pərisinə

Bahar gəlir, dərələr
Çiçəklənir, güllənir,
Bülbüllər axşam-səhər
Budaqlarda dillənir.
Hamısı bir ağızdan
Düzür bahara dastan.

Günəş doğur, şəfəqlər
Üfüqlərə yayılır.
Quşlar tutunca xəbər,
Yuxusundan ayılır.
Şənləndirir hər kəsi
Bir musiqi məclisi.

Mənim də var baharım,
Çiçəklərim, günəşim.
Qəlbim, ruhum, şüarım.
İsindirən atəşim:
Azadlığın şən qızı,
İnsanlığın ulduzu!

1924

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.