Arı və kəpənək – Abdulla Şaiq

Arı və kəpənək

Bir arı allı-əlvanlı bir çəmənlikdə çiçəyə qonub şirə sorurdu. Həmin çiçəyin o biri budağına da bir kəpənək qonmuşdu. Xortumu ilə çiçəyin şirəsini əmirdi. Arı tez-tez kəpənəyin yanından uçub o biri budağa qonurdu. Bundan rahatsız olan kəpənək dedi:
 — Ey, o kobud ayaqların, o qalın qanadlarınla mənim yanımdan keçmə! Qızıl, gümüş xallı qanadlarımın bəzəyini pozarsan!
 Arı ona cavab vermədi, çiçəkdən-çiçəyə qonmaqda davam etdi. Bu dəfə arı kəpənəyin yanından uçub keçərkən kəpənək yenə acıqlandı:
 — Ey, sən bu zəhlə tökən vızıltını kəs, başım, beynim getdi. Görmürsən şirə əmirəm?
Arı vızıldayaraq cavab verdi:
 — Ey xeyirsiz böcək! Xallı qanadlarınla çox da öyünmə. Mən çiçəklərdən şirə çəkib bal tuturam, onu bütün el yeyir, səndən kim bir fayda görmüş?

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.