Arı və eşşək – Abdulla Şaiq

Arı və eşşək

Dağ ətəyində bir eşşək otlayırdı. Yamacın lətif otlarından, dadlı çiçəklərindən qoparıb yeyirdi. Doyduqdan sonra həmin al-əlvan çiçək və otların üstündə uzanıb ağnamağa başladı.
Yaxında bir arı çiçəklərdən bal tuturdu. Bunu görüb çığırdı?
 — Ey, nankor heyvan, otları, çiçəkləri nə üçün əzirsən, axı, onlar sənə can verir, qan verir, qarnını doyurur. Sabah onlar sənə lazım olmayacaqmı? Bir də biz arılar o ətirli çiçəklərdən bal və mum çəkirik. Doğru sözdür: “Eşşək qanmaz olur. Qanmaz isə özünə də ziyan verir, özgəsinə də”.

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.