Almas İldırım – Yarın

Yarın

(Şərq üçün)

Xəzan pəncəsində saralan güllər,
Şübhəsiz, şənlənib güləcək yarın.
Həsrətlə çırpınan xəstə könüllər,
Pək dadlı nəşələr sürəcək yarın.

Qırılacaq kirli, dəmir qəfəslər,
Daha gəlməyəcək o yanıq səslər,
Qaranlıqlardakı inləyən kəslər
Yaşlı gözlərini siləcək yarın.

Şərqə hökm edərkən qabarlı əllər,
Qönçələr verəcək soluq əməllər.
Bir şənlik görməyən o issız ellər
Səadət nə imiş, biləcək yarın.

* Yarın – sabah

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.