Almas İldırım – Qorkiyə

Qorkiyə

Sən, daşqın dənizlərin qayalarla çarpışan,
Yıldırımlar söndürən dalğasından yarandın.
Şahlarin hökm etdiyi yoxsullar ölkəsində
Ac, çılpaq “Ana”ların qəm, yasından yarandın.

Ölkədə qan saçırkən knyazların qfrmancı,
Sana düşmən kəsildi Romanovların tacı,
Onunçun dönüb oldu sözlərin, adın “Acı”
Yurdsuzları oxşadın, kimsəsizlərə yandın.

Əzəldən inqilabın sən ayrılmaz eşisən,
Boz dənizlərdə süzən fırtınalar quşusan,
Sən bu gün milyonların tanınmış yoldaşısan,
Dönməz mübariz kimi öz sözündə dayandın…

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.