Almas İldırım – Mən Kiməm

Mən kiməm

Bir zamanlar Altaylardan enib yaşıl düzlərə,
Asiyanın göbəyində atəş yaxan mənmiyəm?
Göy xaqanından salam gətirib dənizlərə,
Batıya coşğun bir sel kimi axan mənmiyəm?

Mənmiyəm qırbaclayan qərbin üfüqlərini?
Harda qırbacım mənim, göstər mana yerini?
Mən kiməm, kimlərdənəm, harda mənim el-obam?
Bu doğrumu, deyirlər Oğuzmuş igid babam,
Sarılmış oymaqlara vermək üçün bir nizam.
Minərək şimşəklərə göydə çıxan mənmiyəm?
Anlat mana Mete kim, Cebe kim, Sabutay kim,
Çingiz, Teymur varmıymış, Gurşad kim, Cığatay kim?
Söylə, mənmiyəm quran ilk birlik əsasını,
Söylə, mənmiyəm yapan türkün tək əsasını.
Mənmiyəm şimdi tutan tariximin yasını?
Şimdi həsrətlə böylə dünə baxan mənmiyəm?

Mənmiyəm ölü, durğun bir dəniz kimi böylə,
Söylə, ey Bozqurdların yaşıl diyarı, söylə!

Hits: 10

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.