Almas İldırım – Buludlar

Buludlar

Lermontovdan iqtibas

Ey lacivərd göylərin əbədi yolçuları,
Mirvarid zəncir kimi üfüqlər aşarsınız.
Sizdəmi mənim kimi doğma, əziz vətəndən
Qovuldunuz, onunçun cənuba qoşarsınız?

Kimdir qovan sizləri, talemi, ya qərarmı?
Və ya gizli bir həsrət, açıq bir qərəzmi var?
Yoxsa bu geniş göylər gəzməyə sizə darmı?
Genəmi axşamlarda şeytanların bəzmi var?

Yox, yox… Siz bu bəhrəsiz tarlalardan bıqdınız,
Onun üçün uzun bir yolçuluğa çıxdınız…
Yabançıdır sizlərə iztirab və ehtiras,
Siz o boşluq içində azad doğulursunuz.
Sizlər ki, mənim kimi duyamazsız kədər, yas
Nə bir vətəniniz var, nə də qovulursunuz.

1930

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.