Almas İldırım – Böyük Şəhidimizə

Böyük şəhidimizə

Münir Kari üçün

Özün bir nur ikən “qanlı ulduzun”
Zülmət olduğunu qandın dedilər…
Türk üçün yaranmış bu qoca Şərqə,
Yeni bir gün doğar sandın, dedilər.

Göz dikib qaralan dağlar ardına,
Baxıb qəribsədin doğma yurduna,
Ürəkdən qızaraq “Şimal qurdu”na
Altun orduları andın, dedilər.

Vətən bir çıraqdı, sən bir pərvanə,
Dolanıb başına qıyardın cana,
Bilmədinmi düşər yurd sevən qana?
Sən də millət üçün yandın, dedilər…

Qoyaraq millətin qəlbini dağlı,
Düzdülər qurşuna qolları bağlı,
Altay qəhrəmanı, Türküstan oğlu,
Dünyaya dəyər bir candın, dedilər.

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.