Alma oğrusu – Abdulla Şaiq

Alma oğrusu

Alman yazıçısı V.Buşdan iqtibas

Aslan ilə Əmir, həm Cabbar,
Götürüb badbanların1 onlar,
Getdilər çöldə ta uçursunlar.
Gördülər bir ağac yol üstündə.
Üç-dörd alma var idi üstündə.
Sulanıb görcək ağzı Aslanın,
Yandı-yaxdı o odlara canın.
Almanı tez Əmirə göstərdi,
Təməhi güc gətirdi, böylə dedi:
“Tez əyil, çiyninə çıxım qardaş,
Almaları dərim, yeyək yoldaş”.
Bu işə razı oldu ol nadan,
Atılıb çıxdı çiyninə Aslan.
Almanın hamsını çapıq dərdi,
Sonra qorxub üsulluca endi.
Durmadı öz sözündə ol nadan,
Götürüb qaçdı almanı Aslan.
Yiyələndi o almanın beşinə,
Birini saldı tez özü dişinə,
Arxasınca Əmir qaçıb tələsik,
Aslana vurdu bir acıqlı təpik.
Yıxılıb Aslan, tez yenə durdu,
Yumruq ilə bu da onu vurdu.
Tutuşub vurdular biri-birini,
Cırdılar üst-başını, üzlərini,
Gəldi bağban yoluxmağa o bağa,
Diqqət ilə baxıb sola və sağa,
Görmədi öz yerində almaları,
Qaçdı ki, bəlkə tutsun oğruları.
O yaxında eşitdi səs, durdu,
O iki alma oğrusun gördü.
Çox şirin bir-biri ilə davada,
Yetişib bağiban o əsnada,
Gördü ki, bir-birinə sarmaşmış,
Eşələnirlər toza, quma batmış.
Bağiban qapdı zorba bir dəyənək,
Onlara ləzzət ilə vurdu kötək.
Ağlaya-ağlaya iki axmaq,
Dedilər “Dərmərik daha mütləq”.
Üstləri, başları cırıq, ağlar
Evlərinə qayıtdılar onlar.
Onlara çün qarışmadan Cabbar,
Badibanı hava üzündə uçar.
Gedir idi yol ilə qəlbi şad,
Demədi hiç kəs ona bir zad.

1906
1 Badban — çərpələng

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.