Aldanma – Abdulla Şaiq

Aldanma

Aldanma zahidə, sanma uludur,
Qəlbi hiylə, riya ilə doludur.
Həsəd ona sarılmış örkən kimi.
Fitnə, fəsad onun tirmə çuludur.
Bu gedişlə yetişməzsən bir yana,
Zahid, bu yol, məncə, çox qorxuludur.
Həsəd, qürur hər bir insanda olsa,
Köpəkcə saymasan, məncə, yoludur.
O kəsdə ki, yoxdur belə sifətlər,
Şaiq onun satın alma quludur.

1912

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.