Abbas Səhhət – Yoldaşım Üçün Göz Yaşı

Yoldaşım üçün göz yaşı

Getdin, niyə gəlmədin, həbibim?
Ey vah, o nasıl yaman gedişdi.
Atdın vətəni neçün, qəribim,
Arxandan əcəl məgər yetişdi?
Ax, bilməyirəm nə növ qıymış,
Qurşunla səni edən kəs itlaf?
İnsanlar, aman nə zalım imiş!
“Şeytanlar edərdi bəlkə insaf!”
Uçdun, mələkim, neçün yox oldun?
Əflakə apardımı mələklər?
Rəna çiçəyim, nə tezcə soldun?!
Bilməm niyə az yaşar çiçəklər?
Yahu, uzun ömrü yaz deyilmi?
Dərdi-dilimi nolaydı bir dəm,
Layiqlicə şərh edə biləydim.
Olsaydı qübari-xatirim kəm,
Bəlkə gözümün yaşın siləydim.
Amma nə edim, bu mümkün olmaz,
Zira səni bir də görmərəm mən.
Qan ağlasa göz, könül yorulmaz,
Daim qılaram ölüncə şivən.
Ta sən Bakı qumlarında yatdın,
Şirvanda mən ağlaram hər anda.
Sübh ulduzum, ax, nə tezcə batdın?
Dan ulduzu tez batar çıxanda.
Bir dəm yaşayış çox az deyilmi?!

1912

Hits: 0

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.