Abbas Səhhət – Vaveylayi-Nifrət

Vaveylayi-nifrət

Təməddün əhli olmuş elm ilə alim, ziyalanmış.
Pozulmuş milləti-islamın əxlaqı, fənalanmış,
Ülumi-dinü dünya kəsbinə məmur ikən bizlər.
Fəqət bir elmi-din əxz etməyə xalq iktifalanmış,
Nə qəflət! Elmdən eylər təbərra vaizü qazi.
Vahalonki qivami-şər elm üzrə binalanmış,
Qaçıb elmin pərisi kişvəri-islamdən Qərbə.
O yari-dilrübayə əhli-məğrib aşinalanmış,
Dolub Əhriməni-cəhl ilə Şərqin darülimani.
Tutub əmrazi-nəfsaniyyə xalqı, mübtəlalanmış,
Bu yanda hökmfərma din adı altında dinsizlik.
O yanda elmi-əxlaq ilə bütlər etidalanmış.
Bu yanda zülmü istibdadi-dinidən, məazzallah,
Həzaran dürlü mövhumat ilə başlar həvalanmış.
O yanda sayeyi-hürriyyəti-əfkardən başlar.
Çıxıbdır övci-ərşə gün kimi gitinümalanmış,
O kəs kim dami-təzvir eyləmiş övradü əzkari.
Deyərlər müttəqidir, saqqalı ağdır, hənalanmış,
Baxılmaz siyrətü əxlaqa ya ətvarü rəftara,
Müqəddəsdir hər ol kəs kim, ridalanmış, əbalanmış,
Vəli hər kəs ki, təğyiri-libas etsə, haman saət.
Nəzərlərdə olur mənfurü məyub, iftiralanmış,
Əgər bir yerdə bir haq söz desə, qətli olur vacib.
Deyərlər kafir olmuş, rahi-həqdən inhinalanmış…
Hanı bir kəsdə cürət, dəm vura həqqü həqiqətdən,
Səbahi-tirədə şəmsi-həqiqət ixtifalanmış.
Təməddün yox, təəllüm yox, təğafül çox, təcahül çox.
Ürəklər lövhəsində nöqteyi-beyza qaralanmış.
Bu dərdə öz təbibi-haziqin göndər, əlac etsin,
Məzaci-milləti-islam Səhhətdən cidalanmış.

1908

Hits: 1

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.