Abbas Səhhət – “üxüvvət” Məktəbi

“Üxüvvət” məktəbi

Nə oldu, Şirvan əhli bəs –
Mədrəseyi – “Üxüvvət”in?
Yoxsa gözə gətirdilər
Tezbazar oldu hümmətin?
Çatdı ya ki, uşaqların,
Künhünə elmü sənətin?
Yaxşı ki, qorxub az yedin,
Toxluq edər təbiətin.

Yoxsa axund-əfəndilər
Mədrəsəni qapatdılar?
Qüsl verib, hünut edib
Qəbr içinə uzatdılar,
Zorba, yekə qayaları
Üstünə yumbalatdılar,
Ciblərinə ziyan idi –
Ya rüəsayi-millətin?

Mədrəsənin dəyişdirib –
Adın məktəb adladınız.
Təcrübəli müəllimi
“Təzəcə məzhəb” adladınız.
Doğru deyən yazıqları
“Babi məzhəb” adladınız.
Qoyduz “Üxüvvət” adını –
Təfriqənin, ədavətin.

Mən demədimmi bir belə
Boş-boşuna yalan demə,
Üstü açılsa eyibdir,
Pərt olusan utan, demə.
Aləmi cahil adlama,
Qanmayana qanan demə.
İndi de sabit oldumu
Öz-özünə cəhalətin?

Zurna çalındı, köçdü el,
Sən yuxudan oyanmadın.
Düşmənə bavər etmədin,
Dost sözünə inanmadın.
Şairi kafər eylədin,
Hər nə dedisə qanmadın.
Söylə görüm ki, kimdədir –
Ən böyüyü qəbahətin?

Çəkdi kənara mollalar,
Hər kəsən öz yaxasını.
Mərsiyəxan, mürid, sofi
Tazələdi çuxasını.
Şiryə, qumara sərf edir
Pullular öz səxasını.
Kim qalacaq, deyiz görüm,
Dərdinə bəs cəmaətin?!

1912

Hits: 1

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.