Abbas Səhhət – Ulaq Və Aslan

Ulaq və aslan

Bir xoruz ilə bir zaman eşşək
Kənd içində gəzirdilər tək-tək.
Nagahan gördülər ki, bir aslan
Üz qoyub kənd sarı gəlir qərran.
Qorxudan saldılar xüruşü səda,
Bir-birə dəydi kattavü koxa.
Vəzü övzaı çünki gördü yaman
Qayıdıb qaçdı çöl sarı aslan.
Belə görcək ulağ güman etdi:
“Qorxdu məndən bu şir, qaçıb getdi”.
Daha şövqündən olmadı rahət,
Elədi şiri qovmağa cürət.
Qayıdıb şir baxdı məstanə,
Gördü eşşək gəlir diliranə.
Güldü bir qədr onun səfahətinə,
Dərkinə, fəhminə, fərasətinə.
Tutdu, yıxdı yerə o nadanı.
Yırtdı, cırdı, dağıtdı heyvanı.
Dirilikdən olan zaman məyus.
Anlayıb eşşək eylədi əfsus:
…Gücümü mən bilə-bilə nahəq,
Şirə qıldım hücum mən əhməq.
Mən bilirdim bu aslanın hünərin,
Çəkirəm indi səhvimin zərərin.

1909

Hits: 21

:: ADVERTISEMENTS ::

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these <abbr title="HyperText Markup Language">HTML</abbr> tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.