Abbas Səhhət – Tohid

Tohid

Bu nə heyrətfəza səmayi-rəfi?
Bu nə biintəha fəzayi-vəsi?
Niyə xurşid atəşəfşandır?
Niyə qürsi-qəmər dirəxşandır?
Bu nə biəd səvabitü səyyar?
Bu nə bihəd kəvakibi-dəvvar?
Kim bu tədadı binəhayət edər?
Niyə durmaz bular, səyahət edər?
Bu nə ibrətnüma büruzü zühur?

Nurdən zərrə doğdu, nerdən nur?
Fikr qıldıqca hər qədər insan,
Olur əlbəttə aqibət heyran.
Acizəm dərki-sirri-xilqətdən,
Kimdir agah olan həqiqətdən?
Nə xəfadır, xəfası eyni zühur,
Zahir ikən olub vəli məstur.
Nə təhəyyürfəza zühurü xəfa.
Təbbət sübhanə rəbbiyəl əla.
Əcəzəl, vasüfun ən süfətik,
Ma ərəfnakə həqqə mərifətik.
Varlığın gün kimi nümayandır,
Buna hər zərrə faşi-bürhandır.
Limənil mülk əmrin et izhar,
Əntə Allah vahidül qəhhar.
Gərçi dərk etmirik həqiqətini,
Görürük leyk şanü qüdrətini.

1912

Hits: 6

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.