Abbas Səhhət – Şikayət

Şikayət

Dersəm mən əgər süxən zəmani –
Kim, mərifətin rəvacı yoxdur.
El tənə ilə deyər filani –
Divanə olub: əlacı yoxdur.
Bəzisi deyər: təbiidir bu,
Bəzisi deyər ki, “babi” olmuş.
Gah sünni deyər ki, şiədir bu,
Əfyunə uyub şərabi olmuş.
Bu firqeyi-cahilü əvamı,
Yarəb, sən özün hidayət eylə!
Yox sədməyə ruhimin dəvamı,
Lütfünlə mənə himayət eylə.
Bir bəndeyi-asiyəm, ilahi,
Hər dürlü əzabə müstəhəqqəm.
El hər nə desə, nə qəm, ilahi,
Arifsən özün ki, əhli-həqqəm.

1912

Hits: 2

:: ADVERTISEMENTS ::

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these <abbr title="HyperText Markup Language">HTML</abbr> tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.